Millət vəkili yenidən seçicilərinin arasında-BİR GÜNDƏ 4 KƏNDDƏ GÖRÜŞ… – FOTOLAR – YENİLƏNİB

Hər zaman seçicilərinin yanında olan millət vəkili Jalə Əliyeva Zərdab rayonunda görüşlərini davam etdirir.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili bu dəfə Şəftəxal, Mehdililər, Aşağı Seyidlər kəndlərinin bir qrup sakininin səyyar qəbulunu keçirib.

Şəftəxalda baş tutan görüşdə həmin kəndlərin qəbul üçün daha əvvəl müraciət edən sakinləri iştirak ediblər. Kənd sakinləri COVİD-19 pandemiyası ilə əlaqədar olaraq distant təhsil alan övladlarının kənddə internet xəttinin olmaması üzündən böyük problem yaşadıqları haqqında deputata yazılı müraciət etdikdən sonra deputatın Rabitə Nazirliyinə müraciəti əsasında kəndə ən yüksək standartlı rabitə xəttinin çəkilməsində göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Məlumat üçün deyək ki, deputat Jalə Əliyevanın Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevə müraciəti qısa müddətdə öz müsbət həllini tapıb.

Bu çərçivədə rayonun Şəftəxal, Mehdililər, Aşağı Seyidlər kəndlərində GPON tipli 416 nömrə tutumlu EATS xətt şəbəkəsinin tikintisi başlanılmış və hazırda işlər sürətlə davam etdirilməkdədir. Gələcəkdə ətraf kəndlər olan Şahhüseynli, Əlvənd, Otmanoba, Gəndəbil, Ağabağı, Şıxbağı, Nəzəralılı kəndlərinin də Şəftəxal EATS-a qoşulması nəzərdə tutulur. Kənd camaatı qəbulda kənddə ifrastrukturla bağlı bütün problemlərin öz həllini tapdığını bildirib və bunun üçün ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bir neçə seçici pay torpaqlarının kadastr bölgüsünün düzgün aparılmaması nəticəsində həmin torpaqlarda əkin işlərini həyata keçirə bilmədiklərini deputatın diqqətinə çatdırıblar. Məsələnin həlli ilə bağlı qəbulun gedişatı əsnasında deputat tərəfindən əlaqədar quruma telefon edilib. Deputata bölgə üzrə elektron xəritələrin hazırlanmaqda olduğu və yaxın bir ay ərzində həmin məsələnin öz həllini tapacağı bildirilib.

Görüşdə fərdi xarakterli bir sıra məsələlər – işlə təmin, cəza müddətinin azaldılması, cəzaçəkmə müəssisəsində məhkumun göz əməliyyatının həyata keçirilməsinə yardım və s. – ilə bağlı deputata müraciətlər edilib.

Qəbulda Şəftəxal kənd İcra nümayəndəsi Rami Xəlilov və Bələdiyyə sədri Qafur Məmmədov iştirak ediblər.

***

Jalə Əliyeva Zərdab rayonunun kəndlərində keçirdiyi səyyar qəbulları Pərvanlıda davam etdirib.

Bu görüş də görüş çox səmimi, mehriban bir ortamda keçib. Görüşdə Pərvanlı kəndinin ziyalıları, kənd camaatı iştirak edib. Pərvanlılı seçicilər yaxın zamanlarda tikintisi başa çatmış yeni yolun salınmasından böyük məmnunluq ifadə edərək, müharibəyə rəğmən Zərdab rayonunda 3 böyük yol tikintisinin başlandığını və böyük uğurla davam etdiyini vurğulayıb, görülən bütün işlər üçün ölkə prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər. Kənd sakinləri kəndin qaz, su, işıq, yol pribleminin tamamilə həll olunduğunu sevinclə dilə gətiriblər.

Eyni zamanda kəndin su-kanal sistemində mövcud olan bir problemi deputatın diqqətinə çatdırıblar. Belə ki, qrunt sularının axıdıldığı kanalın uzun illərdən bəri təmizlənməməsi səbəbiylə çirkabla dolduğunu və bu vəziyyətin narahatlıqlara səbəb olduğunu bildiriblər. Deputat məsələylə bağlı qəbul əsnasında əlaqədar qurum yetkilisi ilə telefon danışığı aparıb. Qaldırılan məsələnin yaxın zamanlarda öz həllini tapması üçün tədbir görüləcəyi deputat Jalə Əliyevaya bildirilib.

Qəbulda vətəndaşlar regional təşkilatların rayon filiallarından bir çoxunun problemləri həll etmək səlahiyyətinə sahib olmaması səbəbiylə onların müraciətlərini zamanında və effektiv həll etmək imkanlarının olmadığını, buna görə də müxtəlif sahələri əhatə edən məsələlərin həllinin uzandığını vurğulayıb və mövcud vəziyyətin respublika səviyyəsində həllini xahiş ediblər. Qəbulda fərdi xarakterli müraciətlər də səsləndirilib.

Seçicilər işlə təmin, özünəməşğulluq proqramının tətbiqi, sosial müavinətlərin verilməsi, əlillik dərəcəsinin müəyyənləşdirilməsi və s. kimi məsələlərin həllində köməklik göstərməsini deputatdan xahiş ediblər.

Qəbulda Pərvanlı kənd İcra nümayəndəsi Məmmədağa Abdulxalıqov və Bələdiyyə sədri Aygün Eyvazova iştirak ediblər.

Etikxeber.az

Read Previous

“Türkiyəylə Rusiya arasında bütün sahələrdə, bütün spektrlərdə münasibətlərin, əlaqələrin daha normal və daha isti olmaqsında maraqlıyıq və heç kim üçün də sirr deyil ki, zaman-zaman bu prosesə də töhfələrimizi vermişik”-MİLLƏT VƏKİLİ

Read Next

“Ölkə Prezidentinin Ağdama səfər etməsi və yeni şəhərin təməlinin qoyulması, Şahbulaq qalasında olması Ağdam şəhərinin dünyaya örnək olacağına şübhə doğurmur…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir