Millət vəkili yenidən seçicilərinin arasında-JALƏ ƏLİYEVA “AZƏRİQAZ” VƏ “AZƏRİŞIQ”-IN RƏHBƏRLİYİ İLƏ ƏLAQƏ SAXLADI VƏ… – FOTOLAR – YENİLƏNİB – (1)

Hər zaman seçicisinin yanında olan millət vəkili Jalə Əliyev yenidən təmsilçisi olduğu Zərdab rayonuna səfər edib, seçiciləri, rayon sakinləri ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili bu dəfə, günün birinci yarısında Zərdabın Xanməmmədli, Hüseynxanlı və Məmmədqasımlı kəndlərində olub, seçicilərlə açıq havada səyyar qəbul keçirib.

Millət vəkili seçiciləri dinləyib, onları düşündürən və narahat edən məsələlərlə maraqlanıb, qaldırlan məsələlərin həlli istiqamətində müvafiq qurumlarla birlikdə addımlar atıb.

13:49

***

Günün ikinci yarısında isə millət vəkili Zərdabın başqa kəndlərində görüşlərini davam etdirib,

O, rayonun Dəkkəoba, Böyük Dəkkə, İsaqbağı, Gəndəbil, Ağabağı kəndlərində səyyar qəbul keçirib.

21:49

***

Seçicilərinin problemlərini və təkliflərini dinləyən deputat bir sıra məsələləri yerindəcə həll edib.

Müraciət etmiş digər seçicilərdən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.

Deputat seçicilərin ona ünvanladığı bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.

Qeyd edək ki, Gəndəbil, Ağabağı kəndlərinin əsas problemi qaz xəttinin onların kəndlərinə illərdir verilməməsidir.

Kənd sakinləri haqlı olaraq narazılıq bildirib ki, niyə qonşu kəndlərin hər birində qaz var, amma bizim kənddə yoxdur.

Millət vəkili seçicilərinin yanında “Azəriqaz” İstehsalat Birliyi sədri ilə əlaqə saxlayıb və bildirilib ki, bu ilin sonuna kimi adları çəkilən kəndlər də təbii qazla təmin ediləcək.

Əlavə olaraq sözügedən kəndlərdə elektrik naqillərinin yarasız vəziyyətə olması barədə millət vəkili “Azərişıq” Şəhmdar Cəmiyyətinin sədri ilə birbaşa əlaqə yaradıb və məsələnin qısa müddətdə həll oluna biləcəyi barədə adıçəkilən qurumun rəhbərliyi tərəfindən söz verilib.

Bununla yanaşı, barama və digər kənd təsərrüfatı məhsullarına subsidiyaların verilməsində vətəndaşın qarşılaşdığı problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə danışılıb və məsələ öz həllini tapıb.

Eyni zamanda, işsizlik, səhiyyə, əlilliyin təyin edilməsi, özünə məşğulluq proqramına cəlb olunmada yaranan problemlər və s. fərdi xarakterli məsələlərin həllində köməklik göstərməsi üçün qəbul sırasında deputata yazılı müraciətlər edilib.

Etikxeber.az

Read Previous

Şəhid jurnalistlərin xatirəsinə-MÜSABİQƏ KEÇİRİLƏCƏK

Read Next

1993-cü ilin oktyabrın 14-də dünyaya gəldi, ad günündə, 2020-ci ilin oktyabrın 14-də Şəhid oldu-BALAKƏNLİ, 3 MEDALLI HEYBULLAH ƏSDİYEVİN ŞƏHİDLİYİNDƏN 11 AY KEÇİR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir