Millət vəkilindən Şəhid zabitlə bağlı Minsk qrupuna sərt – İTTİHAM

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Ağdam rayonu istiqamətində işğalçı Ermənistanın silahlı qüvvələri bölmələri tərəfindən açılan snayper atəşindən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlundan danışıb,

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili  çıxışında “Allahdan hərbi qulluqçumuza rəhmət diləyir, ailəsinə və yaxınlarına səbr diləyirik, inşallah şəhidimizin qanı yerdə qalmayacaq” deyib.

Millət vəkili Q.Paşayeva ATƏT-in Minsk qrupu həmsədrlərinə çağırış səsləndirərək işğalçı Ermənistanın bu cinayətlərinə səssiz qalmamağa, kəskin etirazını ucaltmağa çağırıb.

omarov

“ATƏT-in Minsk Qrupunu ədalətsizliyə son qoymağa, işğalçı Ermənistanı kəskin şəkildə qınamağa və ciddi addımlar atmağa çağırırıq” – deyə, millət vəkili bildirib və Minsk  qrupunu bu günə qədər olan ədalətsiz yanaşmaya son qoyaraq obyektiv mövqe tutmağa və işğalçı Ermənistana qarşı addımlar atmağa çağırıb.

Etikxeber.az

Read Previous

“Qarabağ probleminin sülh yolu ilə həllində Azərbaycana yardım edəcəyik” – DUDA – FOTO

Read Next

Sahibə Qafarova və Elşad Həsənov AŞPA-nın komitə iclaslarına qatılacaqlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir