Millət vəkilinin əmisi nəvəsi Şəhid oldu-FƏRİD MÖHBALI DƏFN EDİLDİ – FOTOLAR – YENİLƏNİB

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalının şəhid olması ilə bağlı xalqımıza və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevə dərin hüznlə başsağlığı verir, şəhidin ailəsinə və yaxınlarına səbr diləyirəm.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında paylaşdığı başsağlığında qeyd edib.

“Şəhidimiz Səttar müəllimin əmisi nəvəsi idi. Səttar müəllimin qardaşı Əhməd Mehbalıyev də Qarabağ savaşında şəhid olub.Vətən sağ olsun!”-deyə, o, sonra qeyd edib.

Qeyd edək ki, Fərid Möhbalı 1994-cü ildə Naxçıvanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub.

Nur içində yatsın!

12:24

***

Azərbaycan Ordusunun erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu dəfn olunub.

Dövlət Sərhəd Xidmətinin (DSX) 28 yaşlı kapitanı Fərid Möhbalı Yasamal rayonu ərazisində yerləşən İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva Şəhidlərlə bağlı-PAYLAŞIM ETDİ

Read Next

Səbailli Şəhid analarından daha ikisinə-GÜLNAZ İBRAHİMOVA VƏ MƏRİFƏT HƏSƏNOVAYA “VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU…- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir