Millət vəkilinin 45 nəfər seçici ilə görüşü-YENİ FORMATDA BAŞ TUTDU VƏ… – FOTOLAR

Hər zaman seçicilərinin yanında olan, onlara xüsusi diqqəti və həssas münasibəti ilə seçilən millət vəkili, professor Jalə Əliyeva Novruz bayramı günlərində vətəndaş qəbulu keçirib.

Etikxeber.az xəbər verir ki, J. Əliyevanın seçiciləri, Zərdab sakinləri ilə növbəti qəbul-görüşü bu dəfə rayonun Heydər Əliyev Mərkəzində baş tutub.

Qeyd edək ki, qəbul-görüş əvvəlkilərdən fərqli olaraq, yeni formatda-rayon İcra Hakimiyyəti rəsmilərinin iştirakı ilə baş tutub.

Belə ki, 45 nəfərlik qəbul-görüşdə Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdri Zinhar Bayramov iştirak ediblər.

Bu isə ölkə Prezidentinin müvafiq tapşırıq və tövsiyələrinə əsasən, yəni, yerli məsələlərin, problemlərin birlikdə dinlənilməsi, qarşılıqlı şəkildə müzakirəsi və tez bir zamanda həllini tapması məqsədi ilə edilib.

Beləliklə, görüş zaman millət vəkili seçicilərin və vətəndaşların qaldırdıqları, səsləndirdikləri problemləri diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi, mənzil-məişət problemləri və işlə təminat kimi məsələlərlə bağlı deputatlarına müraciət ediblər.

Səsləndirilən müraciətləri diqqətlə dinləyən J. Əliyeva qeydlər aparıb, dilə gətirilən məsələlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlara bununla bağlı məlumat veriləcəyin diqqətə çatdırıb.

Bəzi məsələlər elə yerindəcə həllini tapıb.

Qaldırılan digər məsələlər isə respublika səviyyəli olduğu üçün, onlarla bağlı yaxın zamanlarda müvafiq dövlət qurumları ilə birlikdə addımlar atılması qərara alınıb.

Növbəti qəbul-görüş də səmimi, işgüzar ortamda baş tutub.
 

Etikxeber.az

Read Previous

20-ci ərsin Holokostu, Xatını-Xocalı! 31 martdan Xocalıya gedən qanlı yol!-ZİYAD SƏMƏDZADƏ YAZIR – (BİRİNCİ YAZI)

Read Next

Daha 27 qazi müalicə üçün Türkiyəyə-GÖNDƏRİLDİ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir