Millət vəkilinin növbəti qəbulu-5 SAAT ÇƏKDİ VƏ… – FOTOLAR

Milli Məclisin (MM) 55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən seçilmiş deputatı Eldəniz Səlimov bu gün növbəti dəfə vətəndaşların qəbulunu keçirib.

Etikxeber.az-ın xəbərinə görə, 5 saata yaxın davam edən qəbula qatılan vətəndaşların müraciətlərinin bir qismi yerindəcə öz həllini tapıb.

Digər müraciətlər isə aidiyyatı üzrə yönləndirilməsi üçün nəzarətə götürülüb.

“Hər bir seçicimizə öz dərin təşəkkürümüzü bildirir və onların daim aktiv olmasını arzulayırıq. Hər bir vətəndaşın fəal olması ilə respublikamız daha da böyük nailiyyətlərə imza atacaq, dövlətimiz Ali Baş Komandanın rəhbərliyi ilə davamlı zəfərlər qazanacaq. Kimliyimizdən asılı olmayaraq yumruq kimi bir olmalı, cənab Prezidentimizin ətrafında sıx birləşməliyik. Niyyətimiz nə qədər gözəl olarsa, cəmiyyətimizə ləkə olan bir qisim nadürüst insanlardan üstün olarıq. Biz daim öz xalqımız və millətimiz üçün çalışırıq və çalışmaqda davam edəcəyik! Bu müqəddəs yolda bizə heç kim mane ola bilməz!”.

Bunu isə qısa açıqlamasında millət vəkili bildirib.

Etikxeber.az

Read Previous

Yoluxmada yenidən artım-352 – DAHA 2 ÖLÜM…

Read Next

Martın 2-dək dəfn edilən Şəhidlərimizin sayı-2881 – MN MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir