Millət vəkilləri Ümummrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə kəskin etiraz etdilər – YENİLƏNİB (3)

Spiker Oqtay Əsədov: “Qafqazda ən böyük rus icması Azərbaycandadır. Olmazmı ki, rəsmi şəkildə müraciət edib, etirazınızı bildirəsiniz?!

Milli Məclisin (MM) martın 7-də keçirilən növbəti  plenar iclasında Umummrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunması ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciət etməsi məsələsinə münasibət bildirilib. 

Etikxeber.az xəbər verir ki, bununla bağlı çıxışında miillət vəkili Siyavuş  Novruzov  qeyd edib ki, bu məsələ iki dövlət arasındakı münasibətlərə zərər gətirməyə çalışan hansısa qüvvələrin işləridir: 

“Ümummrusiya Azərbaycanlıları Konqresi həmişə Rusiyanı bütün işlərində dəstəkləyib. Bundan əlavə, Azərbaycan həmişə Rusiya ilə müttəfiqlik mövqeyində olub. Bunun nəticəsidir ki, Azərbaycanda 300-dən artıq rus məktəbi, o cümlədən rusdilli institutlar, onların  filialları fəaliyyət göstərir. Ancaq bu məsələ iki ölkə vətəndaşları arasında narazılığa səbəb olur. Düşünürəm ki, parlamentin dostluq qrupu bununla bağlı addım atmalıdır. Kiçik bir məsələ ilə bağlı iki ölkənin əhalisi arasında narazılıq yaratmaq düzgün deyil”.

Millət vəkili Zahid Oruc da həmkarının fikirlərini dəstəkləyib və deyib ki, bu, Azərbaycanın rus icmasına olan münasibətinə qarşı tərəfin göstərdiyi münasibətlə adekvatlıq təşkil etmir.

Deputat Elmira Axundova  qeyd edib ki, Rusiyanın Ədliyyə Nazirliyinin bu addımnın arxasında yenə də “erməni izi” dayanır. 

“Azərbaycan rus icması”nın sədri Mixail Zabelin öz növbəsində qeyd edib ki, Azərbaycan dövləti hər zaman rus mədəniyyətinin  ölkədə yayılmasına dəstək göstərib:

“16 min tələbə rus dilində təhsil alır. Bu addım iki ölkə arasında münasibətlərin pozulmasına qarşı çalışanların işləridir. Mən Dövlət Dumasının bir neçə deputatı ilə də danışmışam və onlar da mənimlə həmfikirdirlər. İnanıram ki, Rusiyanın Ədliyyə Nazirliyi də bu addımdan geri çəkiləcək”. 

Bu zaman spiker Oqtay Əsədov  M. Zabelinə belə reaksiya verib: 

“Qafqazda ən böyük rus icması Azərbaycandadır. Olmazmı ki, rəsmi şəkildə müraciət edib, etirazınızı bildirəsiniz?!”

M. Zabelin də cavab olaraq  qeyd edib ki, bununla bağlı sənəd hazırlanıb və Rusiya tərəfinə müraciət edəcəklər.

ali-huseynli-1

Əli Hüseynli: Azərbaycan rus icması”nın sənədlərində də səhvlər var

Azərbaycan-Rusiya parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili  Əli Hüseynli isə qeyd edib ki, qeydiyyat proseduru Rusiyanın və onun müvafiq orqanlarının qanuni haqqıdır:

“Ötən ilin dekabrında konqresin növbəti qurultayı keçirildi və hörmətli professor Fazil Qurbanov onun sədri seçildi. Qurultaydan sonra yeni rəhbərlik  qurumun sənədlərinin Rusiya qanunvericiliyinə uyğunlaşdırılması üzərində işə başladı. Ancaq onların işlərini başa çatmasını gözləmədən Ədliyyə Nazirliyi qurumun ləğvi ilə bağlı Ali Məhkəməyə müraciət etdi. Rusiyalı soydaşlarımız da bundan narahat olduqlarını deyirlər. Ancaq bizə deyirlər ki, hələlik məsələyə siyasi müstəvidə baxmayın, hüquqi tərəfdən baxın. Əslində isə araşdırsaq görərik ki, Rusiyanın özünün də qanunvericiliyində də müəyyən səhvlər var. Eyni zamanda, “Azərbaycan rus icması”nın sənədlərində də səhvlər var. Amma bizim Ədliyyə Nazirliyi onlarla əməkdaşlıq edir və  onun ləğvi barədə heç düşünmür. Ancaq Rusiyanın Ədliyyə Nazirliyinin heç bir əsas olmadan və gözlənilmədən bu qurumun ləğvi ilə bağlı qərar verməsi bizdə suallar yaradır”.

Etikxeber.az

Read Previous

Gömrükçülər külli miqdarda siqaret və rus rublu aşkar edib

Read Next

“Kim kimi qaçırdı…” – SİYAVUŞ NOVRUZOVDAN SƏRT ETİRAZ – YENİLƏNİB (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir