Millətlər Birliyinin baş nazirləri niyə bir araya-GƏLƏ BİLMƏDİ?

Bu ilin iyun ayında Ruandanın paytaxtı Kiqalidə keçirilməsi planlaşdırılan Millətlər Birliyinə üzv ölkələrin baş nazirlərinin toplantısı pandemiya səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Etikxeber.az verir ki, bu barədə Millətlər Birliyinin Katibliyi məlumat yayıb.

“Toplantını ikinci dəfə təxirə salmaq qərarı asan olmadı. Birlik vətəndaşlarının sağlamlığı və rifahı bu çətin dövrdə prioritetdir. Bütün Birlik ailəsini əlverişli bir zamanda Kiqalidə qarşılamağı səbirsizliklə gözləyirik”-deyə, təşkilatın Baş katibi Patrisia Scotland vurğulayıb.

Qeyd edək ki, Millətlər Birliyi, əksəriyyəti əvvəllər keçmiş Britaniya İmperiyasının müstəmləkələri olan 54 ölkəni birləşdirən beynəlxalq bir təşkilatdır.

Birlik ölkələrinin hökumət başçılarının görüşü iki ildən bir keçirilir. Təşkilatın son toplantısı 2018-ci ildə Londonda keçirilib (APA).

Etikxeber.az

Read Previous

Eyni soyadlı, eyni istiqamətdə, eyni günlərdə həlak olan Şəhidlərimiz-RÜSTƏM MƏMMƏDOV VƏ SƏBUHİ MƏMMƏDOV… – FOTOLAR

Read Next

Hərbi qulluqçu-İNTİHAR EDİB?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir