Milli Dram Teatrında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş iki tamaşa hazırlanır

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş iki səhnə əsəri təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, sənət ocağı fevralın 25-də “Xəcalət”, fevralın 26-da isə “Qarabağnamə” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

Erməni fitnəkarlığından bəhs edən hər iki səhnə əsəri dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyir.

Qeyd edək ki, “Qarabağnamə” Xalq Yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında, “Xəcalət” tamaşası isə yazıçı-dramaturq Hüseynbala Mirələmovun iki hissəli “Xəcalət” dramı əsasında hazırlanıb.

Etikxeber.az

Read Previous

Xalq artisti Lütfi Məmmədbəyov yad olunacaq

Read Next

Prezident Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı sərəncam imzaladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir