“Milli Məclisə seçkilərin vaxtı önə çəkilə bilər”-MSK SƏDRİ – YENİLƏNİB

Qanunvericiliyə əsasən, bu ilin noyabr ayında parlament seçkiləri olmalıdır.

Etikxeber.az-ın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sözügedən komissiyanın sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, seçkilərin müddəti önə də çəkilə bilər:

“Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.

***

“Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq”.

Bunu da M. Pənahov bildirib.

M. Pənahov deyib ki, qarşıdan yay gəlir:

“Yazda, payızda bəzi işləri daha rahat görmək olur. Ona görə də artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir”.

Qeyd edək ki, MSK sədri bundan öncə bildirib ki, qanunvericiliyə əsasən, bu ilin noyabr ayında parlament seçkiləri olmalıdır, seçkilərin müddəti önə də çəkilə bilər.

O, parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmasını da vacib sayıb.

Etikxeber.az

Read Previous

İkinci Dünya müharibəsi iştirakçıları və ailə üzvlərinə birdəfəlik maddi yardım veriləcək-SƏRƏNCAM İMZALANDI

Read Next

“Balam bizim düzəltdirdiyimiz evi bəyənmədi, qəbiristanlıqda özünə ev düzəltdi…”-BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜ, 28 YAŞI TAMAM OLAN AĞDAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN TƏK VƏ NİŞANLI OĞLU SİYASƏT MUSTAFAYEVİN ANASI ELMİRA MUSTAFAYEVA – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir