Milli Məclis, liftçi və hamam məsələsi… – DEPUTAT NƏ TƏKLİF ETDİ?

Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) komitələrinin büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı deyib.

fazail-aqamali

Millət vəkili bildirib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır.

“Buna nəzarət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Büdcə müzakirələrinə yekun vurulacaq – SABAH

Read Next

Təcrübədən görünür ki, büdcədə çoxsaylı suallar yaranır – BAHAR MURADOVA – YENİLƏNİB – (8)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir