Milli Məclis, Ombudsman, “zəhərlənmiş sümük”, Şvartsenegger və Stallone…

Milli Məclisdə (MM) Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı öz  işini davam etdirir.

Etikxeber.az-ın xəbərinə görə, Qlobal Konfransda çıxışı zamanı Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan xanım parlamentari Aliyə Al-Jassim deyib ki, ölkəsində 2021-ci ilə qədər müddəti olan layihə icra olunur ki, bu da birbaşa gənclərlə bağlıdır.

Onun sözlərinə görə, həmin layihə gənclərə etik vərdişlərin aşılanmasını nəzərdə tutur.

Macarıstanlı parlamentari Sandor Fülop isə ombudsmanlara inzibati səlahiyyətlərin verilməsinin əleyhinə çıxıb.

O, qeyd edib ki, bu, gələcəkdə “zəhərlənmiş sümük” effekti verə bilər:

“Yəni, ombudsmalara inzibati səlahiyyətlər verildiyi təqdirdə, onlar artıq inzibati, icraedici administrasiyanın bir elementinə çevriləcəklər. Ümumiyyətlə, dünyada 70-ə yaxın Ombusman modeli var və o modellərdən ən məqbulları seçilməlidir. Məsələn, ekologiya ombudsmanları ola bilər…”.

stall

arnold

O, çıxışında həmçinin, məşhur Hollivud ulduzları Arnold Alois Şvartseneggerlə Silvestr Stallonenin birgə çəkildikləri məşhir filmin bir səhnəsini, fraqmentini xatırladıb:

“Şvartseneggerlə Stallone səharda bir şirlə üzbəüz qalırlar. Arnold bir az əzgin, yorulmuş vəziyyətdə olur, Silvestr isə əzələlərini oynadır, məşq edir. Arnold deyir ki, sən toxsan, şir səni yeyə bilər? Silvestr də qayıdıb deyir ki, çalışıram ki, səndən tez qaçam, şirdən yox…

İndi bunu deməkdə məqsədim hansı cəmiyyət, hansı dövlət daha çox məqsədlərə nail olsa, daha çox xilas olmuş, daha çox qabağa getmiş olacaq, inkişafdan geri qalan isə daha tez əziləcək…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Brokerlər, bankçılar, auditorlar, kassirlər aradan çıxacaq?!

Read Next

Suriyalı deputat ölkəsindəki dəhşətlərdən danışdı: YERLƏ-YEKSAN OLUNUB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir