Milli Məclis, xanım Mehriban Əliyevanın növbəti xeyirxahlıq təşəbbüsünü dəstəklədi…- JALƏ ƏLİYEVA YAZDI

Bu bəndəyə də, elə Allaha da xoş gedir…

Jalə ƏLİYEVA: “Bu aksiyanın təşəbbüçüsü kimi Mehriban xanım Əliyevaya, eyni zamanda, Milli Məclisdə belə bir aksiyanın yüksək səviyyədə baş tutmasına görə Sahibə xanım Qafarovaya minnətdarlığımızı ifadə edir, dərin təşəkkürlərimizi bildiririk”

Bu gün səhər saatlarında daha bir aksiyanı reallaşdırdıq…

6-cı çağırış parlamentin üzvləri, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları, parlamentdə akkreditasiyadan keçmiş bir qrup jurnalist başda hörmətli Sədrimiz, professor Sahibə xanım Qafarova olmaqla, ali qanunverici orqanda təşkil olunmuş qanvermə kimi nəcib və xeyirxah aksiyada iştirak etdik…

Daha konkret şəkildə ifadə etməli olsaq, ölkənin Birinci vitse-prezidenti, Birinci xanımı, dünyada rəhm, mərhəmət, şəfqət simvolu kimi tanınan Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına Milli Məclis olaraq bizlər də qoşulduq…

Onu da xatırlatmaq yerinə düşər ki, elə dünən-aprelin 17-də Milli Məclisin növbəti plenar (səhər) iclasında hörmətli sədrimiz Sahibə xanım çıxışında bildirdi ki, “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlanmışdır. Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir. Mən belə düşünürəm ki, Milli Məclis də bu təşəbbüsə qoşulmalıdır. Biz bunun üçün Milli Məclisdə xüsusi yer ayırmışıq və həkim briqadası dəvət etmişik. Aprelin 18-də Milli Məclisin binasında saat 12.00-dan etibarən Milli Məclisin deputatları, Aparatın və İşlər İdarəsinin əməkdaşları könüllü qan verə bilərlər”.

Odur ki, hər birimiz həm Mehriban xanım Əliyevanın nəcib və xeyirxah təşəbbüsünə, həm də Sahibə xanım Qafarovanın təklifinə birmənalı müsbət münasibətimizi ifadə etmiş və bugünkü qanvermə aksiyasına qatılmışdıq…

İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Milli Məclisin Sədri başda olmaqla deputatlar və Aparatın əməkdaşları, İşlər idarəsinin işçiləri parlamentdə bu məqsədlə ayrılmış yerə gələrək növbə ilə qan verdilər…

Dəvət olunmuş həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilirdi… Həmçinin, aksiyada iştirak edən KİV nümayəndələri də prosesi işıqlandırmaqla yanaşı Milli Məclis Sədrinin çağırışına qoşularaq parlament işçiləri ilə birgə qan verdilər…

Hesab edirəm kİ, bu, çox gözəl, çox əhəmiyyətli və təqdirolunası bir aksiyadır…

Çünki irsi qan xəstəliyindən əziyyət çəkən, hər kəsdən imdad gösləyən onlarla, yüzlərlə, minlərlə insanımıza qan verməklə, onların şəfa tapmasına yardımçı olmaqdan böyük və müqəddəs amal, xeyirxah əməl ola bilməz…

Əgər qanımızı verməklə, kiminsə şəfa tapmasına, sağalıb, ayağa qalxıb bizlər kimi normal həyatına davam etməsinə yardımçı oluruqsa, bunun həm bəndə, həm də Böyük Yaradan qarşısında savabı, mükafatı beşqatdır…

Ona görə imkanı olan, səhhəti imkan verən hər bir insanımıza, vətəndaşımıza üzümü tutaraq səslənirəm ki, bu aksiyaya qoşulsunlar, qan verməklə kimlərinsə sevincinə, sağlam həyata dönməsinə yardımçı olsunlar…

Bu bəndəyə də, elə Allaha da xoş gedir.

Bu aksiyanın təşəbbüçüsü kimi Mehriban xanım Əliyevaya, eyni zamanda, Milli Məclisdə belə bir aksiyanın yüksək səviyyədə baş tutmasına görə Sahibə xanım Qafarovaya minnətdarlığımızı ifadə edir, dərin təşəkkürlərimizi bildiririk.

Allah Yar Və Yardımçıları olsun!

22:20

Jalə ƏLİYEVA,

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

Etikxeber.az

Read Previous

Səbinə Əliyevanın ilk hesabatı: Uşaqlara 3 yaşa qədər qulluq edən analara yeni hüquq verilməsi, pensiyaların hesablanması qaydasına dəyişiklik edilməsi-TƏKLİF OLUNUR

Read Next

Bəzən dünyada elə hadisələr baş verir ki…-TAHİR RZAYEVİN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir