Milli Məclis Zeynəb Xanlarovanı 80 illik yubleyi münasibəti ilə təbrik etdi

Milli Məclis Zeynəb Xanlarovanı 80 illik yubleyi münasibəti ilə təbrik edib.
Etikxeber.az xəbər verir ki,  Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən spiker Oqtay Əsədov bildirib ki, SRRİ Xalq  artisti, dünya şöhrətli müğənni, millət vəkili Zeynəb Xanlarovanın  80 illik yubleyidir: “Bu münasibətlə Zeynəb Xanlarovanı təbrik edirik. Zeynəb Xanlarova xalqımız qarşısında göstərdiyi xidmətə görə ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycanın ən yüksək mükafatı “Heydər Əliyev” ordeni ilə təltif edilib. Biz də öz növbəmizdə Milli Məclis üzvləri adından onu təbrik edirik!”
Etikxeber.az

Read Previous

“Tağı Əhmədovun telefonlarının dinlənilməsi tapşırığını Çovdarov təsdiqlədi…”- General Teymur Quliyev

Read Next

Parlament “Vergi amnistiyası”nı qəbul etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir