Milli Məclisdə qanvermə aksiyası-QAFAROVA, ƏLİYEVA VƏ İBRAHİMQIZI İLK QAN VERƏN DEPUTATLAR OLDU – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Milli Məclisdə (MM) qanvermə aksiyası keçirilib. 

Etikxeber.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünə qoşulan parlamentin rəhbərliyi, deputatlar, MM Aparatının və İşlər İdarəsinin əməkdaşları könüllü olaraq qan veriblər.

İlk qan verən millət vəkilləri isə xanım parlamentarilər olub:spiker Sahibə Qafarova, MM-in komitə sədrlərinin müavinləri-Jalə Əliyeva Məlahət İbrahimqızı.

Aksiyada həmçinin jurnalistlər də iştirak ediblər.

Onlar Parlament Jurnalistlər Birliyinin (PJB) təşəbbüsü ilə aksiyaya qoşulublar.

15:44

***

Ölkəmizdə koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi, sosial izolyasiya kimi tədbirləri davam etdirilir. Hazırkı durumda bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi məqsədilə Heydər Əliyev Fondu qanvermə aksiyasına başlayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən aksiya aprel ayının 10-dan start götürüb. Birinci vitse-prezident , Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva isə aksiyaya qoşulanlara təşəkkür edib. Ötən gün Milli Məclisin iclasında spiker Sahibə Qafarova da cəmiyyətdə aksiyaya böyük dəstək nümayiş etdirildiyini vurğulayıb”.

Bunlar isə PJB-nin yaydığı məlumatda əksini tapıb.

Daha sonra qeyd olunub:

“Sahibə Qafarova parlamentin də qanvermə askiyasına qoşulacağını və Milli Məclisdə bunun üçün xüsusi yer ayrıldığını qeyd edib. Spiker deputatlara da müraciət edərək, aksiyaya qoşulmağa dəvət edib. Bu gün parlamentdə həyata keçirilən qanvermə aksiyasında deputatlar, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları iştirak ediblər. Aksiyaya qoşulan Parlament Jurnalistlər Birliyinin üzvləri də Milli Məclisdə könüllü qan veriblər. İlk dəfə olaraq, jurnalistlərin kütləvi şəkildə qanvermə aksiyasına qoşulması həyata keçirilib. Talessemiyalı xəstələrə kömək üçün aksiyaya dəstək göstərilməsinə çalışan media əməkdaşları hər kəsi qanvermə tədbirlərinə qoşulmağa dəvət ediblər”.

17:44

***

“Parlamentin aprelin 17-də keçirilən iclasında Milli Məclisin Sədri Sahibə Qafarova bildirmişdir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına Milli Məclis də qoşulub.Sədr demişdir: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlanmışdır. Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir. Mən belə düşünürəm ki, Milli Məclis də bu təşəbbüsə qoşulmalıdır. Biz bunun üçün Milli Məclisdə xüsusi yer ayırmışıq və həkim briqadası dəvət etmişik. Aprelin 18-də Milli Məclisin binasında saat 12.00-dan etibarən Milli Məclisin deputatları, Aparatın və İşlər İdarəsinin əməkdaşları könüllü qan verə bilərlər”.İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə aprelin 18-də Milli Məclisin Sədri Sahibə xanım Qafarova başda olmaqla deputatlar və Aparatın əməkdaşları, İşlər idarəsinin işçiləri parlamentdə bu məqsədlə ayrılmış yerə gələrək növbə ilə qan verdilər. Dəvət olunmuş həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilirdi.Aksiyada iştirak edən KİV nümayəndələri də prosesi işıqlandırmaqla yanaşı Milli Məclisin Sədri Sahibə Qafarovanın çağırışına qoşularaq parlament işçiləri ilə birgə qan verdilər”.

Bunu öz növbəsində MM-in Mətbuat Xidməti yayıb.

Etikxeber.az

Read Previous

Koronavirus ölkəmizdə daha 3 can aldı-ONLARDAN BİRİ DƏ HƏKİMDİR…

Read Next

Karantin rejimi uzadıldı-MAYIN 4-DƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir