Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xəbər verildiyi kimi, gələn həftənin beşinci günü, aprelin 17-də Milli Məclisin (MM) növbəti-6-cı plenar iclası olacaq.
İclasda bələdiyyələrlə bağlı illik hesabat məruzəsi dinləniləcək və digər qanun layihələri müzakirə olunacaq.
Etikxeber.az-ın xəbərinə görə, hesabat məruzəsi ilə yenə Ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edəcək.
Hesabat dinlənildikdən sonra müzakirələr aparılacaq və sonda səsə qoyularaq, təsdiqlənəcək.
Qeyd edək ki, mövcud karantin şərtlərinə görə, millət vəkilləri iclas zamanı yenə bir-birindən iki metr aralı məsafədə əyləşəcəklər.
Eyni zamanda, iclasa tibbi maskalar və əlcəklərlə gələcəklər.
MM-dən əldə etdiyimiz məlumata görə isə budəfəki iclasa 65 yaşdan yuxarı olan millət vəkillərinin də qatılmaları gözlənilir.
Belə ki, son iki iclasa 65 yaşdan yuxarı olan 20-dən çox deputat (karantin şərtlərinə görə) qatılmamışdı.
Amma 6-cı iclasda 65 yaşdan yuxarı olan deputatların da iştirakı gözlənilir…


13:44
23:52, 11 aprel
***
Aprelin 17-də keçiriləcək iclasın gündəliyi məlum olub.
İclasın gündəliyinə ümumilikdə 24 məsələ daxil edilib.
Etikxeber.az





