Milli Məclisin 6-cı iclası aprelin 17-də olacaq-İCLASDA BƏLƏDİYYƏLƏRLƏ BAĞLI VİLAYƏT ZAHİROVUN HESABATI DİNLƏNİLƏCƏK – YENİLƏNİB

Milli Məclisin (MM) dünənki iclasında ilk hesabatın-hökumətin illk hesabatının (videohesabat) müzakirəsi keçirilib və müzakirələrin sonunda sənəd qənaətbəxş sayılıb.

Etikxeber.az-ın xəbərinə görə, bununla belə, parlamentdə daha 3 hesabat-bələdiyyələrin, Ombudsmanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinarorun illik hesabatları öz növbəsini gözləyir.

Qeyd edək ki, bu hesabatlardan birinin MM-in müvafiq komitəsində müzakirəsi keçirilib, konkret olaraq, bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzənin müzakirəsi Regional məsələlər komitəsinin iclasında baş tutub.

İclasda Ədliyyə nazirinin müavini, general Vilayət Zahirovun məlumatı dinlənilib və hesabat plenar iclasa tövsiyə olunub.

OmbudsmanMilli Koordinatorun (Daxili işlər nazirinin müavinlərindən birinin) hesabatları isə hələlik komitə iclaslarında müzakirəyə çıxarılmayıb.

Adıçəkilən hesabatların Zahid Orucun sədrlik etdiyi İnsan hüquqları komitəsində müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, yeni Ombudsman Səbinə Əliyevanın illik hesabatı artıq MM-ə daxil olub.

Hər iki hesabat komitə iclaslarında müzakirələrdən sonra MM-in plenar iclaslarına tövsiyə olunacaq və təsdiqlənəcəklər.

Onu da qeyd edək ki, qarşıdan parlamentin növbəti-6-cı iclası gəlir.

Həmin iclasda bələdiyyələrlə bağlı hesabatın müzakirəsi baş tuta bilər.

Amma hələlik iclasın vaxtı və gündəliyi MM rəhbərliyi, spiker Sahibə Qafarova tərəfindən təsdiqlənməyib.

Çox yəqin ki, yaxın günlərdə növbəti iclasın vaxtı və gündəliyi də məlum olacaq…

00:19

***

MM-in növbəti plenar iclasının nə vaxt keçiriləcəyi məlum olub.

6-cı plenar iclas aprelin 17-də keçiriləcək və yuxarıda da qeyd edildiyi kimi, iclasda da “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” müzakirəyə çıxarılacaq.

Etikxeber.az

Read Previous

Deputat Azərbaycan hökumətini Aİ-nin ayırdığı 14 milyon avrodan-İMTİNA ETMƏYƏ ÇAĞIRDI…

Read Next

Parlamentin komitə sədri-SÜRÜCÜLƏRƏ MİNNƏTDARLIQ BİLDİRDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir