Milli Məclisin Elm və təhsil komitəsi: TEYMUR BÜNYADOV, ŞAHLAR ƏSGƏROV, “ULDUZLARI” BARIŞMAYAN HACIYEVLƏ HƏBİBBƏYLİ VƏ BƏXTİYAR ƏLİYEV…

6-cı çağırış Milli Məclisin (MM) ilk iclasında AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin parlamentin Elm və təhsil komitəsinin yeni sədri seçilib.

O, bu vəzifədə deputat həmkarı, akademik, AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəylini əvəzləyib.

Komitənin sədr müavini vəzifəsində B. Əliyevi AMEA-nın digər müxbir üzvü, professor Musa Qasımlı əvəz edib, onun yerinə seçilib.

Qeyd edək ki, 5-ci dəfə millət vəkili seçilən B. Əliyev 2005-ci ildən (3-cü çağırışdan) 2020-ci ilin martınacan Elm və təhsil komitəsinin sədr müavini, M. Qasımlı isə 4-cü çağırışdan adıçəkilən komitənin sıravi üzvü olub.

Bəs görəsən, 1995-2020-ci illərdə MM-in Elm və təhsil komitəsinə kimlər rəhbərlik edib?

Etikxeber.az-ın xəbərinə görə, birinci çağırış (1995-2000) MM-in Elm və təhsil komitəsinin (daimi komissiyanın) ilk sədri akademik Teymur Bünyadov olub.

İkinci çağırışda (2000-2005-ci illər) MM-də onu ikinci dəfə millət vəkili seçilən professor, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin sabiq üzvü, məhşur “91-lər”-dən olan, tanınmış ziyalı Şahlar Əsgərov əvəz edib.

3-cü çağırışda (2005-2010) adıçəkilən komitənin rəhbərliyində yenidən dəyişiklik baş verib.

İlk dəfə millət vəkili seçilən İqtisad Universitetinin sabiq rektoru, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Elm və təhsil komitəsinin yeni rəhbəri olub.

4-cü çağırışda (2010-2015) rəhbərlik dəyişikliyi baş verməyib.

Ş. Hacıyev sədr, B. Əliyev isə sədr müavini olaraq, fəaliyyətlərini davam etdiriblər.

5-ci çağırış MM dövründə (2015-2020) isə komitənin sədri dəyişib.

Ş. Hacıyevi akademik İ. Həbibbəyli əvəzləyib.

Ş. Hacıyev komitənin sıravi üzvü kimi, fəaliyyətini davam etdirib və bundan sonra keçmiş komitə sədri yeni komitə sədri arasında bir neçə dəfə gərginlik yaşanıb.

Belə ki, adıçəkilən komitənin iclaslarında müzakirələr zamanı Ş. Hacıyevlə İ.Həbibbəyli qarşı-qarşıya gəlməli olublar…

6-cı çağırışda isə qeyd edildiyi kimi, B. Əliyev sədr, M. Qasımlı komitə sədrinin müavini seçiliblər.

Ş. Hacıyevin dövründə qəbulu uzun illər mümkün olmayan “Təhsil haqqında” qanun layihəsi nəhayət, müzakirələrdən keçirilərək, MM-ə tövsiyə edilib və qəbul olunub.

İ. Həbibbəylinin dövründə isə 3 vacib qanun layihəsinin hazırlıqları başa çatdırılıb, parlamentin iclaslarına tövsiyə edilərək, qəbuluna nail olunub.

Bunlar “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlardır.

Eyni zamanda, “Təhsil haqqında” qanuna ən çox dəyişiklik edilib, nə az-nə çox 64 dəyişiklik.

Həmçinin, 5-cı çağırışda “Ali təhsil haqqında” və “Təhsil (tələbə) kreditləri haqqında” qanun layihələrinin hazırlıqlarına başlanılıb, ancaq onların müzakirəsi və qəbulu mümkün olmayıb…

Bununla yanaşı, qeyd edək ki, adıçəkilən komitənin keçmiş sədrləri, xüsusilə, Ş.Əsgərov İ. Həbibbəyli mediaya açıq olublar.

Elm və təhsil komitəsinin üzvləri-TAM SİYAHI:

Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, İsa Həbibbəyli, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Aqiyə Naxçıvanlı, Şahin Seyidzadə, Fatma Yıldırım.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ən sərt və ciddi təcridəalma tədbirlərini dəstəkləyirəm” – SABİQ DEPUTAT MƏHBUSLARLA BAĞLI AMNİSTİYA TƏKLİFİNİ VERDİ…

Read Next

Azərbaycan vətəndaşlarının Türkiyədən qayıtması üçün çarter reyslər ayrılacaq – OPERATİV QƏRARGAH – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir