MM-in iclası-AŞPA-YA ETİRAZ MƏKTUBU GÖNDƏRİLİB, DEPUTATLAR DA QANVERMƏ AKSİYASINA QOŞULACAQLAR – YENİLƏNİB

6-cı çağırış Milli Məclisin (MM) 6-cı plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyində 24 məsələ var.

İclasa spiker Sahibə Qafarova sədrlik edir.

İclasda ilk öncə Ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrin illik fəaliyyəti ilə bağlı hesabat məruzəsinin dinlənilməsi nəzərdə tutulur.

Deputatların böyük əksəriyyəti yenə də əlcək və tibbi maskalardan istifadə ediblər.

***

11:17

“Prezident İlham Əliyevin keçirdiyi videokonfrans şəklində müşavirədə ölkəmizdə I rübdə əldə olunan iqtisadi nəticələrin uğurlu olmasını qeyd edib”.

Bunu iclasda S. Qafarova  bildirib.

Spiker deyib ki, koronavirusla bağlı qabaqlayıcı tədbirlərin həm insanların sağlamlığını qoruyacağına, həm də iqtisadi inkişafı təmin edəcəyinə əmindir:

“VI çağırış Milli Məclisin iclasında Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələrə bundan sonra da əməl olunacaq. Prezident son müşavirədə beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox məsələlərlə bağlı əsaslandırılmış arqumentlərlə fikirlərini çatdırdı. O cümlədən AŞPA-nın Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində keçirdiyi qondarma “seçkilərə” münasibət bildirməməsini qeyd etdi. Bəzən təşkilatdakı antiazərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də çox onların mənafeyini müdafiə ediblər. Bu gün onların bu “seçki”lərə münasibət bildirməməsi qəbul edilməzdir. Milli Məclis tərəfindən AŞPA-ya etiraz məktubu göndərilib”.

S. Qafarova həmçinin, deyib ki, hökumətin hesabatı ilə bağlı 31 deputatın təklif və tövsiyələri yazılı olaraq Nazirlər Kabinetinə göndərilib. Onun dediyinə görə, digər deputatların da təklif və tövsiyələri varsa, təqdim edə bilərlər:

“Həmin təkliflər də Nazirlər Kabinetinə göndəriləcək”.

Sonra “I vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qanvermə keçirilən aksiyasına Milli Məclis də qoşulacaq”-deyən spiker bildirib ki, MM-də bunun üçün yer ayrılıb:

”Sabah saat 12-dən deputatlar və aparatın əməkdaşları qan verə bilərlər”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu gün Milli Məclisin 6-cı iclası keçiriləcək-BƏLƏDİYYƏLƏRİN HESABATI DİNLƏNİLƏCƏK

Read Next

MM-də təmsil olunan partiyalar-BƏYANAT VERDİLƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir