Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

6-cı çağırış Milli Məclisin (MM) sabah baş tutacaq ilk iclasından öncə hakim partiyanı təmsil edən deputat korpusunun qapalı toplantısı keçiriləcək.
Etikxeber.az-a daxil olan məlumata görə, Yeni Azərbaycan Partiyasını (YAP) 6-cı çağırışda təmsil edən 70 millət vəkili hakim partiyanın mənzil-qərargahında bir araya gələcək.
İclasda YAP sədrinin müavinləri, partiyanın İcra katibi və onun müavinləri, həmçinin, 70 millət vəkili iştirak edəcək.
Səhər saat 9-da başlayacaq iclas mətbuat üçün qapalı keçkiriləcək.
İclasda MM-in yeni rəhbərliyinə namizədlərin müəyyənləşdirilməsi, irəli sürülməsi müzakirə olunacaq və son qərar veriləcək.
MM-in rəhbərliyinə ən azı 3 YAP-çının namizədliyi irəli sürüləcək.
Yəni, bu dəfə də MM-in sədri, birinci vitse-spiker və vitse-spikerlərdən (sabir vitse-spiker Bahar Muradovanın yerinə) biri YAP-çı millət vəkillərindən olacaq.
Spikerliyə növbəti dəfə Oqtay Əsədovun ( Əli Hüseynlinin də adı çəkilir), birinci vitse-spikerliyə yenə Ziyafət Əsgərovun, vitse-spkerliyə isə sabiq komitə sədri Hicran Hüseynovanın və ya başqa bir YAP-çı xanım deputatın-professor Sahibə Qafarovanın namizədliklərinin irəli sürülməsi və onların MM-in ilk plenar iclasında seçilməsi gözlənilir.
Bununla belə, digər versiyalar da mövcuddur…





Etikxeber.az





