Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“İşğal olunmuş torpaqlar haqqında” qanunun yaz sessiyasının qanunvericilik işlər planına daxil edilməsinə ehtiyac var.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) plenar iclasında yaz sessiyasının qanunvericilik işlər planı ilə bağlı müzakirədə millət vəkili Elman Məmmədov bildirib.
E. Məmmədov deyib ki, eyni zamanda parlamentdə Qarabağ Komitəsi yaradılmalıdır: “Xalqımız dəfələrlə soyqırımına məruz qalsa da, biz hələ “Soyqırımı haqqında” qanun qəbul etməmişik. Bir həqiqət var ki, məcburi köçkünə müavinət onun məcburi köçkün statusuna görə verilir. Ancaq Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarında kifayət qədər ziddiyyətlər var. Bu ziddiyyətlər aradan qaldırılmalıdır”.
Millət vəkili qeyd edib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı parlamentdə ya qapalı, ya açıq müzakirələr keçirilməlidir: “Bu məsələ Milli Məclisin qanunvericilik işlər planına daxil edilməlidir”.
O, həmçinin, parlamentdə iş rejiminin dəyişilməsi təklifini səsləndirib. Millət vəkili iclasların saat 11.00-da başlayıb, 13:00-da bitməsini və ya 10:00-da başlayıb, 12:00-da bitməsini təklif edib.
Qeyd edək ki, hazırda iclaslar 12.00-da başlayır.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az





