Milli Məclisin komitə sədrinin müavinindən-MARAQLI TƏHLİL…

Biz bir toplum olaraq dövlətimiz qüdrətli, millətimiz güclü, xeyirxah insanlarımız çox olanda və türk dünyası birlikdə hərəkət edəndə irəli getmişik.

Bu baxımdan son günlərdə cənab Prezidentimiz İlham Əliyevin atdığı aşağıdakı addımları bir- biri ilə sıx bağlı olan böyük tarixi əhəmiyyətli hadisələr hesab edirəm:

Bunlardan birincisi, Mərkəzləşdirilmiş Azərbaycan dövlətçiliyinin rəmzi olan Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilərək qoyulduğu yeni tikilmış parka gedərək çiçək dəstəsi qoyması, xatirəsini yad etməsidir.

İkincisi, 6-cı çağırış Milli Məclisin açılışında etdiyi möhtəşəm nitqində Azərbaycanın və türk dünyasının inkişafına dair fikirləridir.

Üçüncüsü, böyük xeyriyyəçi Hacı Zaynalabdin Tağıyevin abidəsinin hazırlanmasına dair imzaladığı Sərəncamdır.

Dördüncüsü, türk dünyasının bir parçası olan qardaş Türkmənistan ilə bir zamanlar soyuq olan qarşılıqlı münasibətlərin cənab Prezidentimizin səyləri ilə normallaşdırılması və inkişafının davamı kimi Prezident Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəridir.

Cənab Prezidentimizin bu addımları təkcə bir biri ilə bağlı deyil, eyni zamanda millət olaraq bizim üçün Strateji Yol Xəritəsidir.

Onun da çox qısa mənası belədir: Dövlətimiz daim qüdrətli, millətimiz güclü, xeyirxah insanlarımız çox, türk dünyası birlikdə olmalıdır.

Bunlar bizim dirilik və inkişaf formulumuzdur.

Ölkəmizdəki televiziya kanallarında bu dörd tarixi hadisənin birlikdə, üzvü əlaqədə təhlil ediləcəyi dərin analitik proqramların hazırlanması ictimaiyyət üçün faydalı olardı…

Musa Qasımlı,

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü

Etikxeber.az

Read Previous

Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri-SAHİBƏ QAFAROVANI, BAHAR MURADOVANI, GÖVHƏR BAXŞƏLİYEVANI KİMLƏR ƏVƏZLƏYƏCƏK?

Read Next

Millət vəkilləri bu dəfə hansı komitələri-SEÇDİLƏR? – JALƏ ƏLİYEVA, FAZİL MUSTAFA, NAQİF HƏMZƏYEV, SAHİB ALIYEV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir