Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parlamentin aprelin 24-də keçiriləcək iclasının gündəliyinə Milli Məclisin (MM) parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələ də gündəliyə daxil edilib.
Etikxeber.az-ın xəbərinə görə, sonuncu-5-cı çağırış MM-də ali qanunverici orqanın 60 ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərib.
Həmin işçi qrupları arasında Azərbaycan-Türkiyə (rəhbəri Əhliman Əmiraslanov olub), Azərbaycan-Fransa (rəhbəri millət vəkili Rauf Əliyev olub), Azərbaycan-Rusiya (sədri Birinci vitse-spiker Əli Hüseynli olub), Azərbaycan-ABŞ (rəhbəri Səməd Seyidov olub), Azərbaycan-İran, Azərbaycan-Çin, Azərbaycan-İtaliya (rəhbəri millət vəkili Azər Kərimli olub), Azərbaycan-Almaniya, Azərbaycan-Gürcüstan (sabiq deputat Əflatun Amaşov rəhbərlik edib), Azərbaycan-Ukrayna (rəhbəri millət vəkili Rüfət Quliyev olub), Azərbaycan-Macarıstan, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Pakistan və başqa bir neçəsi ötən dövr ərzində daha çox üzdə olublar.
6-cı çağırış MM-də də təxminən elə bu qədər işçi qruplarının təşkil edilməsi, onların rəhbərlərinin, sonra isə üzvlərinin seçilməsi gözlənilir.
Qeyd edək ki, işçi qruplarının həm rəhbərliyində, həm də tərkibində xeyli dəyişikliklər edilməsi gözlənilir.
Onu da qeyd edək ki, 5-ci çağırışda işçi qruplarına rəhbərlik edən millət vəkillərindən bəziləri artıq 6-cı çağırış MM-in üzvləri deyil.
Odur ki, onların yeniləri ilə əvəzlənməsi gözlənilir.
Eyni zamanda, qeyd edək ki, MM-in sədri Sahibə Qafarova da parlamentlərarası əlaqələr üzrə bəzi işçi qruplarının tərkibində, o cümlədən, Azərbaycan-Fransa Dostluq Qrupunda fəaliyyət göstərib.
Bu baxımdan, onun yerinə başqa millət vəkillərinin üzv seçilməsi nəzərdə tutulur.


19:16
***
İşçi qruplarından bəzilərinin rəhbərlərinin adları məlum olub.
Etikxeber.az-a daxil olan məlumata görə, son 3 çağırış MM-in üzvü olan parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Sahib Alıyev bu dəfə də Azərbaycan-Peru parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna rəhbərlik edəcək.
Beşinci dəfə MM-ə üzv seçilən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 5-ci çağırış dövründə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə İşqi Qrupuna rəhbərlik edib.
M. Quliyev növbəti dəfə adıçəkilən Qrupa rəhbərlik edəcək.
Millət vəkili Azər Badamov isə MM-in Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna rəhbərlik edəcək.



23:00, 22 aprel
***
MM-dən əldə etdiyimiz məlumata görə isə bu dəfə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayının artırılması, 75-80-ə çatdırılması gözlənilir.
Eyni zamanda, hələlik bütün işçi qruplarının rəhbərləri və üzvləri də tam-yekun qərar verilməyib, proses davam edir…
17:15
***
İşçi qruplarının sayı və rəhbərlərinin adları artıq məlum olub.
İşçi qruplarının sayı 82-yə çatdırılıb.
İşçı qruplarına rəhbər kimi namizəd göstərilənlər arasında ilk dəfə millət vəkili olanlar da var, öncəki və indiki çağırış MM-də təmsil olunanlar da.
Məsələn, son 3 çağırış MM-in üzvü olan professor Kamilə Əliyeva ilk dəfə olaraq, işçi qruplarından birinin sədrliyinə namizəd kimi göstərlib.

O, MM-in sabahkı iclasında təsdiq olunacağı təqdirdə, Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun sədri olacaq.
Bununla yanaşı, ilk dəfə millət vəkili olanlardan Bəhruz Məhərrəmovun, Soltan Məmmədovun, Jalə Əhmədovanın, Etibar Əliyevin, Sevil Mikayılovanın, Ceyhun Məmmədovun, Elnur Allahverdiyevin və digərlərinin adları müxtəlif işçi qruplarının sədrliyinə namizədlər kimi göstərilib.
Beləliklə,
Etibar Əliyevin Azərbaycan-Albaniya, Nurlan Həsənovun Azərbaycan-Almaniya, Səməd Seyidovun Azərbaycan-ABŞ, Vüqar İsgəndərovun Azərbaycan-Albaniya, Asim Mollazadənin Azərbaycan-Avsraliya və Yeni Zelandiya, Tahir Mirkişilinin Azərbaycan-Avstriya parlamentlərarası dostluq qruplarına rəhbər gətiriləcəyi gözlənilir.
Ziyad Səməzadə Azərbaycan-Belarus, Kamal Cəfərov Azərbaycan-Belçika, Nizami Cəfərov Azərbaycan-Bəhreyn, Cavanşir Paşazadə Azərbaycan -BƏƏ parlamentlərarası işçi qruplarının rəhbərləri olacaqlar.
Rauf Əliyev Bolqarıstan, Məzahir Əfəndiyev Bosniya və Hersoqovina, Cavanşir Feyziyev Böyük Britaniya, Müşfiq Məmmədli Braziliya, Rasim Musabəyov Cənubi Afrika Respublikası, Əliabbas Salahzadə Cibuti, Elnur Allahverdiyev Çexiya, Azər Badamov Çili, Siyavuş Novruzov Çin, Sevinc Fətəliyeva Danimarka, Bəxtiyar Sadıqov Ekvador, Jalə Əhmədova Estoniya, Musa Qasımlı Əfqanıstan, Razi Nurullayev Finlandiya, Soltan Məmmədov Fransa, Arzu Nağıyev Gürcüstan, Naqif Həmzəyev Hindistan, Könül Nurullayeva Xorvatiya, Bəxtiyar Əliyev İndoneziya, Anar İsgəndərov İordaniya üzrə parlamentlərarası işçi qruplarına rəhbərlik edəcəklər.
İlham Məmmədov İraq, Vasif Talıbov İran, Erkin Qədirli İrlandiya, Anatoliy Rafailov İsrail, Sevil Mikayılova İspaniya, Kamilə Əliyeva İsveç, Hicran Hüseynova İsveçrə, Azər Kərimli İtaliya, Tural Gəncəliyev Kanada, Müşfiq Cəfərov Kolumbiya, Malik Həsənov Koreya, Elşad Mirbəşir Kuba, Vahid Əhmədov Küveyt, Adil Əliyev Qazaxıstan, Tahir Rzayev Qətər, Musa Quliyev Qırğızıstan, Kamran Bayramov Latviya, Nəsib Məhəməliyev Litva, Fəzail İbrahimli Liviya, Tamam Cəfərova Lüksemburq, Əli Hüseynli Macarıstan, Fazil Mustafa Makedoniya, Vüqar Bayramov Malayziya, Qüdrət Həsənquliyev Malta, Şahin Seyidzadə Mavritaniya, Jalə Əliyeva Meksika, İmamverdi İsmayılov Mərakeş, Ceyhun Məmmədov Misir, Sabir Hacıyev Moldova, İqbal Məmmədov Montoneqro, Eldar Quliyev Niderland, İltizam Yusifov Norveç, Eldar İbrahimov Özbəkistan, Qənirə Paşayeva Pakistan, Sahib Alıyev Peru, Səttar Möhbalıyev Polşa, Nigar Arpadarai Portuqaliya, Azay Quliyev Rumıniya, Nizami Səfərov Rusiya, Məlahət İbrahimqızı Serbiya, Fəttah Heydərov Səudiyyə Ərəbistanı, Anar Məmmədov Slovakiya, Ağalar Vəliyev Sloveniya, Aydın Mirzəzadə Tacikistan, Ramin Məmmədov Tailand, Əhliman Əmiraslanov Türkiyə, Fəzail Ağamalı Türkmənistan, Rüfət Quliyev Ukrayna, Mixail Zabelin Uruqvay, Əli Məsimli Vyetnam, Əminə Ağazadə Yaponiya, Bəhruz Məhərrəmov isə Yunanıstan parlamentlərarası işçi qrupunun rəhbərliyində olacaqlar.




17:15, 23 aprel
***
MM-in bugünkü iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçilib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Etikxeber.az




