Milli Məclisin payız (qış) sessiyası başa çatdı

Milli Məclisin (MM) 2016-ci ildə sonuncu plenar iclası başa çatıb.

Etikxeber.az-ın məlumatına görə, spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib.

MM sədri payız sessiyası dövründə parlamentin  məhsuldar fəaliyyət göstərdiyini bildirib.

Onun sözlərinə görə, payız sessiyası dövründə 195 qanun və qərar qəbul edilib. MM üzvləri dünyanın 24 ölkəsinə 50-dən çox səfər edib: “Millət vəkilləri bir çox ölkələrdə parlament və prezident seçkilərini də izləyib”.

Spiker parlament adından Azərbaycan xalqını və prezident İlham Əliyevi qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib.

Sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Etikxeber.az

Read Previous

Deputatlar Mikayıl Cabbarova qarşı: “Araşdırın görək bunu kim yazıb?!”

Read Next

Bayram günü Bakı metrosu saat 02:00-dək işləyəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir