Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) növbəti-2018-ci il payız sessiyası oktyabrın 1-də (bu gün) öz işinə başlayacaq.
Etikxeber.az-ın xəbərinə görə, payız sessiyasının ilk plenar iclası öz işinə dövlət himninin oxunması və səslənməsi ilə start verəcək.
Qeyd edək ki, büdcə sessiyası kimi daha çox tanınan payız sessiyası dekabr ayının 30-can fasilələrlə davam edəcək.
Sessiya dövründə (təxminən noyabr ayında) 2019-cu ilin dövlət büdcəsi zərfi əvvəlcə komitələrdə, sonra isə plenar iclaslarda müzakirə edilərək, qəbul olunacaq.
Sessiyanın ilk plenar iclasının gündəliyinə isə 60-dan çox məsələ daxil edilib.
İlk iclasda payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, həmiçinin, qanun layihələri müzakirələrdən keçirilərək, birinci oxunuşda qəbul ediləcək.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az