MM-in yaz-hesabatlar sessiyası: SPİKER “SÜLH SAZİŞİ”NDƏN DANIŞDI, FAZİL MUSTAFA MÜXALİFƏTLƏ BAĞLI QANUNUN QƏBULUNU, SİYAVUŞ NOVRUZOV QƏBİRİSTANLIQLARIN BƏLƏDİYYƏLƏRƏ VERİLMƏSİNİ TƏKLİF ETDİ – YENİLƏNİB – (4)

Milli Məclisin (MM) 2022-ci il yaz-hesabatlar sessiyası bu gün, fevral ayının 1-də, saat 11:00-da öz işinə başlayacaq.

Etikxeber.az-ın xəbərinə görə, yaz sessiyasının ilk plenar iclasınin gündəliyinə 12 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

 2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının  yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 3. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 4. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.5. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

 6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 7. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 8. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

11. Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Yaz sessiyası Dövlət himininin oxuması ilə öz işinə start verəcək.

Yaz sessiyasının ilk plenar iclasına spiker Sahibə Qafarova sədrlik edəcək.

Millət vəkilləri yenə tibbi maska və əlcəklərdən istifadə edəcək, sosial məsafəni gözləyəcək, bir-birilərindən 2 metr aralıda əyləşəcəklər.

Onu da qeyd edək ki, 4 ay davam edən yaz sessiyası hesabatlar sessiyası sayılır.

Sessiyada ən azı 5 qurumun hesabatı olur və dinlənilir.

Müzakirələrdən sonra isə qəbul edilir.

00:00

***

MM-in yaz sessiyası Dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

İclasa spiker S. Qafarova sədrlik edir.

11:00

***

“Biz müharibədən deyil, sülhdən danışırıq”-deyən spiker bildirib ki,  xarici ölkələrin parlamentariləri ilə görüşdə də bunu bəyan edib:

“Ümid edirik ki, Ermənistanla sülh sazişi tezliklə imzalanacaq ”.

11:31

***

“Azərbaycanda “Müxalifət haqqında” qanun qəbul olunmalıdır”.

Bunu çıxışında deputat Fazil Mustafa bildirib.

F. Mustafa deyib ki, bu qanunun qəbulu ilə müxalifətçilik fəaliyyətinin çərçivələri müəyyənləşəcək.

Sonra “Azərbaycanda “Kino haqqında” qanunun üzərində təcili işləmək lazımdır”-deyən F. Mustafa bildirib ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda kino sənayesi bərbad vəziyyətdədir:

“Bu məsələ də həllini tapmalı, həmin qanun qəbul olunmalıdır. Parlament televiziyası yaratmağa imkan yoxdursa, İctimai Televiziya ilə fikirlərimizi çatdırmaq imkanı olmalıdır”.

11:38

***

“Nazirlər Kabineti nümunəvi qəbiristanlıqların 3 aya bələdiyyələrə verilməsi barədə qərar qəbul etmişdi, bu günə qədər bu qərar icra olunmur”-deyən parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, bu qərarın icrası təmin olunmalıdır.

Sonra “Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun qəbuluna ehtiyac var”-deyən komitə sədri qeyd edib ki, hazırkı qanun siyasi həyatı tam əhatə etmir:

“Partiyaların qeydiyyatı, maliyyələşməsi, seçki qərargahlarının yaradılması məsələsi yeni qanunda əksini tapıb. Əhalinin də sayı artıb, bu da nəzərə alınmalıdır. Hazırda siyasi partiya bir məhəllədən 100 səs toplayıb, qeydiyyatdan keçə bilər. Digər tərəfdən, partiyalara ianələrin köçürülməsi onlayn qaydada həyata keçirilməlidir. Bilinsin ki, partiyalara kim pul köçürür. Xaricdə partiyaların tərəfdarlarının sayı köçürülən pula ölçülür”.

11:44

***

Deputat Naqif Həmzəyev “Ovçuluq haqqında” qanuna yenidən baxılmasını təklif edib.

“Bu gün Kür çayında balıq tapmaq mümkün deyil. Qanunsuz balıq ovu ilə məşğul olan dəstələr var, partlayıcılar ilə balıq ovlayırlar. Digər tərəfdən, əcnəbilərin ölkədə qanunsuz ovla məşğul olmasına görə cərimələr çox aşağıdır”-deyə, millət vəkili bildirib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Rəqabət, Büdcə və Bank məcəllələri qəbul edilsin”-KOMİTƏ SƏDRİNİN MÜAVİNİNDƏN TƏKLİF

Read Next

“Çox xoşbəxtik ki, Şuşa Bəyannaməsini təsdiqləmək bizə nəsib oldu”-SAHİBƏ QAFAROVA – MM ŞUŞA BƏYANNAMƏSİNİ TƏSDİQLƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir