Milli Məclis büdcə zərfini qəbul etdi – YENİLƏNİB

Milli Məclisin (MM)  bu gün növbəti plenar iclası başlayıb.

Etixeber.az-ın məlumatına görə, spiker Oqtay Əsədov iclası açıq elan edib.

İclasın gündəliyinə 27 məsələ daxildir.

Bunların arasında Azərbaycanın ötən həftə müzakirələrdən sonra verilən təkliflərə baxılması üçün hökumətə təqdim edilən 2017-ci il üzrə dövlət  büdcə zərfi də var.

***

“Növbəti ildə mədəniyyət işçilərinin sosial şəraitinin yaxşılaşdırlması məqsədi ilə büdcədən  mədəniyyət sahəsinə 3 milyon manat vəsait ayrılıb”.
 
Bunu   maliyyə naziri Samir Şərifov  çıxışı zamanı deyib.
Onun sözlərinə görə, MM-də 2017-ci ilin büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndridiyi təkliflərin bir çoxu büdcə zərfində nəzərə alınıb.
 Nazir deyib ki,  mədəniyyət  sahəsinə nəzərdə tutulan vəsaitin 3 milyon manat həcmində artırlması, MM-in büdcəsinə isə əlavə 850 min manat ayrılması təklifi hökumət tərəfindən qəbul edilib və büdcəyə dəyişiklik olunub.
***
Azərbaycan hökuməti Gənclər  Fondunun  maliyyə vəsaitinin azalmasını problem kimi qiymətləndirmir.
 Bunu da Samir Şərifov  büdcə ilə bağlı yekun mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə,  parlamentdə bir sıra deputatlar Gənclər Fonduna  ayrılan vəsaitin  artırlmasını təklif edib.
Nazir  deyib ki, 2011-2016-cı ildə  ölkədə gənclər  siyasəti ilə bağlı 44,8 milyon manat, 2011-2015-ci illərdə  gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlən planı  və proqrmaların icrası üçün  74 milyon manat ayrılıb. 
“Bu müddət ərzində  bütün proqramlar  icra olunub və başa çatdırılıb. Ümumiyyətlə,  2011-2016-ci ildə  ölkədə gənclər siyasəti ilə bağlı 100 milyon manatdan çox vəsait ayrılıb.  Ona görə də  növbəti ildə Gənclər Fonduna 11,5 milyon manat vəsaitin ayrılması  məqbuldur və burada heç bir problem yoxdur.  Ona görə də hökumət Gənclər Fonduna ayrılan vəsaitin azalmasını problem kimi görmür”- deyə, nazir bildirib.
***
Azərbaycan hökuməti 2017-ci ilin dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı  millət vəkillərinin səsləndirdiyi təklifləri nəzərdən keçirərək təhlil edib.
 S. Şərifovun sözlərinə görə, büdcə müzakirəsi zamanı millət vəkillərinin qaldırdığı bəzi məsələlərə yalnız bir il ərzində deyil, bir neçə il ərzində baxılması lazım gəlir.
Nazir əlavə edib ki, amma buna baxmayaraq,  millət vəkillərinin  səsləndridiyi  təkliflər nəzərə alınıb.
Artan xərclərlə əlaqədar 2017-ci ilin dövlət büdcəsinin 2, 8 və 16-cı maddələrində dəyişiklik ediləcək:
 “Bu maddələr gəlirlərin və xərclərin formalaşmasına aid olan maddələrdir. Millət vəkillərinin digər təkliflərinə gəlincə, bu məsələlərə mərhələli şəkildə baxılacaq”. 
Sonda büdcə zərfinə daxil olan sənədlər səsə qoyulub və qəbul edilib. 
Etikxeber.az

Read Previous

Əliyev İzoriaya dedi: Status-kvonun dəyişilməsi münaqişənin nizama salınmasının əsasını təşkil etməlidir – YENİLƏNİB

Read Next

Deputat neftçilərlə bağlı faciənin geniş müzakirəsini və araşdırılmasını təklif etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir