Milli Məclisin büdcəsi məlum oldu – 45 MİLYON 488 MİN MANAT

 Milli Məclisin (MM) və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.

Etikxeber.az-ın xəbərinə görə, bunu parlamentin bugünkü  plenar iclasında parlamentin 2020-ci il xərclər smetasının müzakirəsi zamanı MM-in İşlər müdiri Firudin Hacıyev deyib.

O, bildirib ki, xərclər smetasının ümumi dəyərinin 79,7 faizini əməyin ödənişi fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir:

“Son illər aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. 1980-ci ildə quraşdırılmış elektrik yarımstansiyalarında yenidənqurma işlərinin aparılması və istismarı yararsız hala düşmüş avadanlıqların yenisi ilə əvəz edilməsi nəzərdə tutulub. Həmçinin, informasiya texnologiyalarının inkişafı ilə əlaqədar Milli Məclisin inzibati binalarında, data-mərkəzlərində avadanlıqların alınıb quraşdırılması, iclas zallarında elektron səsvermə sisteminin idarə etmək üçün ayrılmış xüsusi otaqlarda   yenidənqurma işlərinin aparılmasına ehtiyac var”.

F. Hacıyev Maliyyə naziri Samir Şərifovdan göstərilənləri, MM-in 2020-ci il xərclər smetasında bəzi maddələr üzrə vəsaitin çatışmadığını nəzərə alaraq, “Tikili, avadanlıq və cari təmir xərcləri” maddəsinə 50 min, “İcarə və muzdlu xidmətlər” maddəsinə 1 milyon, “Xarici ezamiyyətlər” maddəsinə 200 min, “Xarici ölkə nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, onlara xidmət göstərilməsi” maddəsinə 200 min, “Maşın və avadanlıqlar” maddəsinə 100 min, nəqliyyat vasitələrinin alınmasına 300 min, “Torpaq, tikili və avadanlıqlar” paraqrafına isə 50 min manat – ümumilikdə 1 milyon 900 min manat vəsait ayrılmasını xahiş edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

3 günlük büdcə müzakirələri başa çatdı – VERGİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLDİ – YENİLƏNİB

Read Next

“Ət, çörək heç də mənəvi qidadan qiymətli olmamalıdır” – AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir