MM-in növbədənkənar sessiyası: İLK İCLASDA 16 MƏSƏLƏ MÜZAKİRƏYƏ ÇIXARILDI, FAZİL MUSTAFA NAXÇIVAN ƏHALİSİ İLƏ BAĞLI HÖKUMƏTƏ SƏSLƏNDİ – YENİLƏNİB – (1)

Bu gün saat 11:00-da Milli Məclisin (MM) 2022-ci il növbədənkənar sessiyası çərçivəsində ilk plenar iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
“İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

“Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş)

Sessiyanın ilk plenar iclası öz işinə Dövlət himninin oxunması və səsləndirilməsi ilə start verəcək.

Sessiyanın ilk iclasına spiker Sahibə Qafarova sədrlik edəcək.

07:17

***

MM-in növbədənkənar sessiyası başlayıb.

Sessiyanın ilk iclasına spiker S.Qafarova sədrlik edir.

İlk plenar iclas Dövlət himninin oxunması və səsləndirilməsi ilə öz işinə start verib.

11:01

***

Cari məsələlərin müzakirəsi zamanı MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Naxçıvan Muxtar Respublikasına (NMR) təyyarə ilə gediş-gəliş məsələsinə toxunub.

Qeyd edib ki, biletlərin qiymətinin artırılması, 60 manata qaldırılması imkansız insanların gediş-gəlişinə ciddi problemlər yaradacaq.

Onun sözlərinə görə, düzdür, bu məsələdə dotasiya nəzərdə tutulur, amma mütləq əksəriyyət biletlərin qiymətlərinin qaldırılmasından əziyyət çəkəcək.

“Elə insanlar var ki, onlar son 7 ildə Bakıya gəlib-gedə bilmirlər. İndi qiymətlərin qaldırılması həmin insanların durumunu daha da ağırlaşdıracaq. Əvvəllər insanlar İran ərazisindən 30 manata gedib-gəlidilərsə, indi burada da artım var.  Digər bir problem isə təyyarə biletlərinin yoxluğudur. Biletlərin çoxu turizm şirkətlərinə satılır, yerli əhali buna görə problem yaşayır. İkincisi, Türkiyəyə olan qiymətlər çox bahadır. Buna görə də tələbələr İğdırdan Naxçıvana gəlməklə ölkəyə qayıtmaq istəyir. Yəni, bilet qiymətlərinin artması bütövlükdə Azərbaycan əhalisi üçün problemə çevrilir. Odur ki, Naxçıvan əhalisini bu zülmdən qurtarmaq lazımdır, hökumət təcili addımlar atmalıdır”-deyə, F. Mustafa sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq…”-İLHAM ƏLİYEV – FOTOLAR- YENİLƏNİB – (6)

Read Next

“Xeyli insan tanıyıram ki, Bakıda evini, obyektini satıb Qarabağa köçmək istəyir…”-RAZİ NURULLAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir