Milli Məclisin növbəti plenar iclası iyulun 12-də keçiriləcək – GÜNDƏLİKDƏ 28 MƏSƏLƏ VAR

Milli Məclisin (MM) növbədənkənar sessiyasının növbəti plenar iclası iyulun 12-də olacaq.

Bu haqda Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O, bildirib ki, növbəti iclasın gündəliyinə 28 məsələ daxil edilib.

meclis-oqtayyyyy

Həmin məsələlər arasında bunlar var: “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” , “2019-cu il Dövlət büdcəsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanunlara, həmçinin, Vergi, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri və sair.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Onlar bizim sabahımız, gələcəyimizdir…” – MİLLƏT VƏKİLİ – FOTOLAR

Read Next

“Məzar yerlərinin ayrılması komitəmizin səlahiyyətində deyil” – KOMİTƏ SƏDRİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir