Milli Məclisin payız sessiyası başlayır – BU GÜN

Milli Məclisin (MM) növbəti-2018-ci il payız sessiyası oktyabrın 1-də (bu gün) öz işinə başlayacaq.

Etikxeber.az-ın xəbərinə görə, payız sessiyasının ilk plenar iclası öz işinə dövlət himninin oxunması və səslənməsi ilə start verəcək.

Qeyd edək ki, büdcə sessiyası kimi daha çox tanınan payız sessiyası dekabr ayının 30-can fasilələrlə davam edəcək.

Sessiya dövründə  (təxminən noyabr ayında) 2019-cu ilin dövlət büdcəsi zərfi əvvəlcə komitələrdə, sonra isə plenar iclaslarda müzakirə edilərək, qəbul olunacaq.

meclis-4

Sessiyanın ilk plenar iclasının gündəliyinə isə 60-dan çox məsələ daxil edilib.

İlk iclasda payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, həmiçinin, qanun layihələri müzakirələrdən keçirilərək, birinci oxunuşda qəbul ediləcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Jalə Əliyeva QDİƏT PM-də nədən bəhs edəcək? – AÇIQLAMA – YENİLƏNİB

Read Next

Qənirə Paşayeva və Əli Məsimlidən təhsillə bağlı önəmli təkliflər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir