Milli Məclisin payız sessiyasının son iclaslarından biri keçirilir

Bu gün Milli Məclisin (MM) payız (qış) sessiyası çərçivəsində sonuncu iclaslarından biri keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

Gündəliyə bir sıra Sazişlərə, həmçinin, İnzibati Xətalar, Seçki, MənZil məcəllələrinə dəyişikliklər məsələrləri və başqa qanunvericilik aktları daxil edilib.

İclasda müzakirəsi gözlənilən sənədlər arasında “Ümumi təhsil haqqında” birinci oxunuşda olan qanun layihəsi də var.

Qeyd edək ki, MM-in sonuncu iclası dekabrın 28-də keçiriləcək və bununla parlamentin payız (qış sessiyası) öz işini başa vuracaq.

MM-in növbəti-2019-cu il yaz sessiyası isə fevarlın 1-də başlayacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bakı yalnız əsrlərin və mədəniyyətlərin qovuşuğu deyil, həm də…”- PƏRVİN KƏRİMZADƏ

Read Next

Fazil Mustafa tıxac problemindən danışdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir