“Milli Məclisin plenar iclaslarından biri Şuşada keçirilsin”-AYDIN MİRZƏZADƏDƏN MARAQLI TƏKLİF

Bu idimi qurmaq istədiyiniz “dövlət? Bu idimi dünyaya nümayiş etdirmək istədiyiniz düşüncə, mədəniyyət?

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə parlamentin bugünkü iclasında deyib.

Millət vəkili çıxışında parlamentin komitə iclaslarının Şuşa şəhərində keçirilməsini alqışlayıb və deputatların adıçəkilən şəhərə səfərindən danışıb.

“Keçmiş cəbhə xəttinə yaxın bölgələrdə illərdir əməlli-başlı abadlıq-quruculuq işləri, əkin-biçin mövcud olub. Amma köhnə cəbhə xəttindən o tərərdə, vaxtilə işğal olunmuş yerlərdə, erməni işğalında olmuş ərazilərdə, o cümlədən Qarabağda ermənilərin özlərinin kompakt yaşadılğı yerlərdə heç nə olmayıb, təzə heç nə yoxdur. Bir dənə təzə tikili gözə dəymirdi, bir dənə rənglənmiş bina yoxuydu. Şuşa şəhərində işğal müddətində bir dənə təzə tikilmiş binaya rast gəlmədik. Bu idimi qurmaq istədiyiniz “dövlət? Bu idimi dünyaya nümayiş etdirmək istədiyiniz düşüncə, mədəniyyət?”-deyə, millət vəkili sözlərinə əlavə edib.

O, eyni zamanda təklif edib ki, parlamentin komitə iclasları vaxtaşırı Şuşa şəhərində keçirilsin.

Eyni zamanda, MM-in plenar iclaslarından biri Şuşada reallaşdırılsın.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Elman Rüstəmov gedir-YERİNƏ TALEH KAZIMOV GƏLİR – DEPUTATLAR RAZILIQ VERDİ – YENİLƏNİB

Read Next

“Geyim, yemək və digərləri bir yerdə satılır, bu da zəhərlənmə hallarının artmasına səbəb olur”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir