Milli Məclislə “DOST” dostlaşdı

HADİ RƏCƏBLİ: “ASAN xidmət”in analoqu olan DOST xidmətinin yaradılması da dövlətimizin başçısının təşəbbüsüdür

Ölkəmizdə “Dayanıqlı və Operativ Sosial Təminat” (DOST) sisteminin qurulması və hüquqi bazasının möhkəmləndirilməsi ilə əlaqədar oktyabrın 17-də Milli Məclisin (MM) əmək və sosial siyasət komitəsində dinləmə keçirilib.

Etikxeber.az  xəbər verir ki, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə sosial sahədə aparılan islahatlardan və əldə olunan uğurlu nəticələrdən danışıb.

HADİ-HADİ-1

Bildirib ki, bu sahənin inkişafı, əhalinin sosial durumunun daha da yaxşılaşması daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir:

“Elə sosial sahədə “ASAN xidmət”in analoqu olan DOST xidmətinin yaradılması da dövlətimizin başçısının təşəbbüsüdür”.

Sonra iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatı dinlənilib.

DOST layihəsinin koordinatoru Fərid Məmmədov slaydlar vasitəsilə “Dayanıqlı və Operativ Sosial Təminat” sistemini şərh etdi. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda 8 istiqamət üzrə xidmət göstərir. Layihədə mövcud çətinliklər 6 istiqamət üzrə nəzərdə tutulub. Problemlərin həlli üçün 3 əsas addım müəyyənləşdirilib. Layihə üzrə 124 xidmət müəyyən edilib və təhlil olunub. Beynəlxalq təcrübə öyrənilib. Nazirlikdə DOST layihəsinin icra qrupu yaradılıb, müxtəlif istiqamətlər üzrə həm özəl, həm də dövlət sektorundan mütəxəssislər cəlb olunublar.

Deputatlara DOST layihəsinin fəaliyyət strukturu, operativ modeli, konsepsiyası, proseslərin icra mexanizmi, yol xəritəsi, indiyədək görülmüş işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, DOST-un brend kitabı, elektron formada xidmət üzrə pasport nümunəsi və s. hazırlanıb. Yeni qurumun mərkəzləri 5 kateqoriyada olacaq. Bakıda 5, bölgələrdə 30 mərkəz fəaliyyət göstərəcək.

Fikir mübadiləsində rəy və təkliflər bildirilib. Komitənin sədr müavini Rauf Əliyev, deputatlar Elmira Axundova, Jalə Əliyeva, Yaqub Mahmudov, İlham Məmmədov, Araz Əlizadə layihəni yüksək qiymətləndiriblər.

Vurğulanıb ki, ölkəmizdə belə bir qurumun yaradılması təqdirə layiqdir.

Komitə üzvləri qeyd ediblər ki, DOST layihəsinin reallaşması üçün dəstəyə və əməkdaşlığa hazırdırlar.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Prezident Avstraliyadakı fəxri konsulumuzu geri çağırdı

Read Next

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir