Milli Ordu Günündə Hərbi Memorial Məzarlıq və Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığı-ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

26 iyun-Silahlı Qüvvəllər Günü ilə bağlı Hərbi Memorial Məzarlıq və Məzarlıqda uyuyun Şəhidlər ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, ziyarətdə Şəhid ailələri, Qazilər, keçmiş və indiki hərbçilər, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov başda olmaqla, Müdafiə Nazirliyinin (MH) rəhbər və məsul şəxsləri, Şəhidsevərlər, ziyalılar və digər şəxslər iştirak ediblər.

Səhər saatlarından başlayan ziyarətdə Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar edilib, “Quran” oxunub.

Eləcə də Şəhidlərin ailələrinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhid ailələri də öz növbəsində övladlarının, Vətən yolunda canlarını fəda edən Oğulların-Şəhidlərin heç zaman unudulmamasını, onların hər daim xatırlanmasını, ziyarət edilməsini xahiş ediblər.

Səhər saatlarından bu dəqiqələrə kimi davam edən ziyarətdə yüzlərlə insan iştirak edib.

Məkanları cənnətlik, ruhları şad olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

***

Səbailli İkinci Vətən Müharibəsi Şəhidləri…Şəhid valideynləri…Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığı…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Milli Ordu Günündə Cənnətdəki altıncı doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-Bakılı, Mayor, üç övladı Vətənə əmanət qalan İlkin Əhədzadə və Goranboylu, yeddi bacının tək qardaşı Elşən Kərimov – MƏZARLARI ZİYARƏT OLUNDU, ADLARINA EHSAN SÜFRƏLƏRİ AÇILDI… – YENİLƏNİB – (3)

Read Next

Cənnətdəki altıncı doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-GORANBOYLU FARİZ QURBANOV, BAKILI İBRAHİM SADIQLI, OĞUZLU ŞAHİN CƏFƏRLİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir