Milli Şura yenə Lökbatana getməkdən – İMTİNA ETDİ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə  cavab verib.

Etikxeber.az xəbər verir ki, mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim – idman bazasında keçirilməsinə razılıq verilib.

Milli Şura isə bu dəfə də icazə verilən məkanla razılaşmır.

Milli Şuranın üzvü Tofiq Yaqublu mətbuata açıqlamasında bildirib ki, mitinq iştirakçıları Lökbatana getməyəcək.

Qeyd edək ki, Milli Şura ötən dəfə də Lökbatana getməkdən imtina etmişdi.

Etikxeber.az

Read Previous

Deputat növbəti qəbul keçirdi-SEÇİCİLƏR HANSI MƏSƏLƏLƏRİ QALDIRDI? – FOTOLAR

Read Next

“Bu, dünyada türk birliyinin daha da güclənməsinə şərait yaradacaq…” – PƏRVİN KƏRİMZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir