Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Şura Bakıda növbəti mitinqini keçirib.
Etikxeber.az-ın məlumatına görə, keçmiş “Məhsul” stadionunda keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli, Koordinasiya Şurasının üzvləri-AXCP sədri Əli Kərimli, onun müavini Gözəl Bayramlı, həmçinin, Rövşən Əhmədli, İlham Hüseyn və digərləri çıxış edib.
C. Həsənli çıxışında deyib ki, mitinqlərin hədəfi millətin haqqı və hüququdur: “Var olsun millətimiz. Biz bura 19-ci ildə qaldırılmış cumhuriyyət bayrağının, ideyalarının müdafisinə toplaşmışıq. Vaxtı ilə babalarımız heçdən bir bayraq ucatdılar. O zaman Avropa siyasətçiləri Azərbaycandakı vəziyyəti görəndə öz hökumətlərinə yazırdılar ki, burada elə bir hökumət qurulub ki hamıya nümunə ola bilər…”
Aksiyada təhlükəsizlik tədbirləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Etikxeber.az