Millət vəkilləri Türkiyədə-KİMLƏRLƏ GÖRÜŞƏCƏKLƏR?

İyunun 7-də Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılığı ilə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyev Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun dəvəti ilə Ankaraya səfərə yola düşəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan parlamentinin nümayəndələri TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə deputat həmkarları ilə görüşəcək, fikir və təcrübə mübadiləsi aparacaqlar.

Milli Məclis üzvlərinin Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu, Təhsil naziri Ziya Selçuk, Səhiyyə naziri Fahrettin Koca ilə də görüşləri nəzərdə tutulub.

Görüşlərdə qarşılıqlı səfərlərin intensivləşməsi, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın davam və inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Səfər iyunun 11-də başa çatacaq.

Etikxeber.az

Read Previous

Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında, Məhərrəm İbrahimov Müşfiqabad qəbiristanlığında-TORPAĞA TAPŞIRILDI – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Xuraman Qasımova “İstiqlal” ordeni ilə təltif olundu-SABAH YUBİLEY DOĞUM GÜNÜDÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir