“Milyarderlər Qarabağın bərpasına öz vəsaitləri ilə dəstək olmalıdırlar”-SABİR RÜSTƏMXANLI

ATƏT-in Minsk qrupu Azərbaycana qarşı işğalçılıq siyasətinin təkcə müşahidəçisi yox, həm də iştirakçısıdır. 

Etikxeber.az məlumat verir ki, bunun Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı danışıb.

O, qeyd edib ki, Minsk qrupunun üzvləri işğal dövründə dəfələrlə Qarabağda olublar: 

“Bizim getməyə imkanımız olmayan yerləri onlar görüblər. Ermənilərin orada törətdiyi vəhşiliklərin şahidi olublar. Bununla belə cinayəti görüb susublar. Ona görə biz Minsk qrupunu beynəlxalq məhkəməyə verməliyik”. 

S.Rüstəmxanl həmçinin əlavə edib ki, milyarderlər Qarabağın bərpasına öz vəsaitləri ilə dəstək olmalıdırlar: 

“Onlar Qarabağ üçün pul xərcləmirlərsə, nə əhəmiyyəti var?”

Etikxeber.az

Read Previous

“Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın rəhbərliyinin üzərinə düşür”-MN

Read Next

Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradıldı-TAMAM CƏFƏROVA RƏHBƏR TƏYİN EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir