“Milyardlarla vəsait xərclənsə də…” – DEPUTAT

Azərbaycanda  regionların sosial-iqtisadi  inkişafına nail olmaq üçün dövlət proqramları çərçivəsində milyardlarla vəsait xərclənsə də, bu  sahədə ciddi uğurlar əldə edilməyib və kifayət qədər problemlər qalmaqdadır.
Etikxeber.az  xəbər verir ki, bunu millət vəkili Rafael Cəbrayılov   2107-ci ilin dövlət büdcəsi ilə bağlı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasının yeganə optimal yolu regionların sosial-iqtisadi inkişafı prosesini sürətləndirilməsi və bu sahədə ciddi uğurların əldə olunmasına nail olunmasıdır:
“Düzdür regionların sosial-iqtisadi inkişafına nail olmaq üşün bir sıra dövlət proqramları həyata keçirilib və bu proqram çərçivəsində  çox böyük işlər görülüb, milyardlarla vəsait xərclənib. Amma etiraf etməliyik ki, bu qədər vəsait xərclənsə də, kifayət qədər uğurlar əldə edə bilməmişik. Bunun nəticəsidir ki, regionlarda problemlər qalmaqdadır.Hesab edirəm ki, regionların inkişafına nail olmaq üçün hökumət özəl sektoru bu prosesə ciddi surətdə cəlb etməli və normal münasibətlərə nail olmalıdır. Bunun üçün özəl sektora lazımi şərait yaradılmalı və lazım gələrsə, onlara güzəştli kreditlər verilməlidir”.
Millət vəkili  əlavə edib ki, bu qədər  dövlət proqramlarının həyata keçirilməsinə baxmayaraq,  regionlar  iqtisadi muxtariyyata nail ola bilməyiblər.
“Deməli, bu sahədə uğurlar əldə edilməyibsə,  yetərincə problemlər var və  bu həll edilməlidir. Məhz bunun nəticəsidir ki,  regionalrımızın böyük əksəriyyəti dövlət dotasiyası hesabına dolanırlar”- deyə, millət vəkili bildirib.
Millət vəkili eyni zamanda, seçildiyi Şirvan şəhərinin  üzləşdiyi problemləri qaldıraraq, onun həlli üçün hökumətdən yardım istəyib.
Bildirib ki, Şirvan şəhəri tipik  sənaye şəhəri olmasına baxmayaraq, burada  işsizlik yüksək səviyyədədir:
“Sənaye şəhərində belə vəziyyət gələcəkdə ciddi fəsadlara yol aça bilər. Odur ki, hökumət bu məsələyə daha diqqətlə yanaşmalıdır”.
 Millət vəkili həmçinin, Şirvanda bir vaxtlar fəal olan futbol klubunun son vaxtlar maliyyə baxımından tamamilə dağılmasından narahatlığını bildirib və şəhərdə normal stadionun olmadığını qeyd edib:
“İndi şirvanlılar futbol oynamaq üçün kilometrlərlə yol qət edib, Salyan rayonu ərazisindəki Qaraçala qəsəbəsindəki stadiona gedirlər”.
Etikxeber.az

Read Previous

Qaydalar dəyişdi – Beynəlxalq Olimpiya Komitəsi

Read Next

Adanı sahillə birləşdirən yeni körpü hərəkət üçün açıldı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir