Milyonları öldürən xəstəliklər-HANSILARDIR?

İki ildir ki, bütün dünyada yeni yoluxucu xəstəlik – COVID-19 infeksiyası pandemiya səviyyəsinə çatıb.

Digər yoluxucu infeksiya – HİV də öz işindədir – hər gün dünyada təxminən 8 mindən artıq insan HİV virusuna yoluxur.

İndiyə qədər milyonlarla insan bu infeksiyaya görə dünyasını dəyişib.

Ümumiyyətlə, dünyada yoluxucu xəstəliklərdən milyonlarla insan ölür. Bu, yalnız Azərbaycan deyil, bütün dünyanı əhatə edən problemdir.

Adətən insanlar sadə profilaktik tədbirlərə dırnaqarası yanaşır, vaksin vurdurmaqdan çəkinirlər. Çoxları bu bəlanın onlardan yan keçəcəyini düşünür, yalnız konkret problemlə üzləşəndə nə qədər yanıldıqlarını anlayırlar.  Odur ki, yoluxucu xəstəliklərin əlamətlərini, necə yayıldığını, qarşısının alınmasını, yoluxma halında necə davranmağı bilmək çox vacibdir.

Bu sahədə maarifləndirmə işini gücləndirmək məqsədilə “İnkişafa Doğru İnteqrasiya” ictimai birliyi “İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikasına həsr edilmiş təbliğat kampaniyası” adlı layihənin icrasına başlayib. Layihənin məqsədi əhalinin sağlamlığının qorunması sahəsində təbliğat işini aparmaq, yoluxucu xəstəliklər haqqında maarifləndirmə təşkil etmək, zəruri məlumatları daha geniş auditoriyaya çatdırmaqdan yardımçı olmaq, cəmiyyətdə bilgilərin paylaşılmasına nail olmaqdan ibarətdir.

Layihənin davam edəcəyi 3 ay ərzində koronavirus da daxil olmaqla, digər daha çox yayılan yoluxucu xəstəliklərlə bağlı ən narahat edən məqamlarla beş internet Televiziya proqramının çəkilib yayılması, həmçinin həkimlərin rəyini əks etdirən 7 yazının dərci nəzərdə tutulur.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Etikxeber.az

Read Previous

Ana və iki azyaşlı övladı öldürüldü-BAKIDA…

Read Next

Jalə Əliyeva yazır-XALQIN RƏĞBƏT VƏ SEVGİSİNİ QAZANAN LƏYAQƏTLİ XANIM-MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir