Darısqal, şəraitsiz mənzildə böyüyən, Vətənini ailəsindən üstün tutan, ailənin tək və subay oğlu, 3 medallı Şəhid Ruslan Nəcəf oğlu Cəfərli-BU GÜN ONUN ƏBƏDİYƏTƏ UĞURLANMASINDAN BİR İL KEÇDİ…- FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ruslan Cəfərlinin Anım Günüdür.

Onun Əbədiyyətə uğurlanmasından bir il keçir.

Bir il öncə-bu gün, 21 noyabr tarixində Ruslan Cəfərlinin nəşi doğulub boya-başa çatdlğı Mingəçevir şəhərində, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Etikxeber.az xəbər verir ki, əslən Yardımlı rayonundan olan Ruslan Nəcəf oğlu Cəfərli 1995-ci ilin may ayının 25-də Mingəçevir şəhərində sadə bir ailədə dünyaya gəlib.

İkinci Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib.

Oktyabr ayında isə Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət nəşini tapmaq mümkün olmayıb.

Yalınız noyabr ayında nəşi əldə edilib və noyabrın 21-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra 3 medalla təltif oedilib.

Ruslan həm də subay olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, şəhər sakinləri, Mingəçevirdən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər və başqa şəxslər iştirak edəcəklər.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Sonra şəhidin yaşadığı “QRES” qəsəbəsində anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Mərasim təxminən 4 saata yaxın davam edəcək.

Məqamı cənnətlik, ruhu şad olsun!

Nur içində yatsın!

Allah ailəsinə-anası Tahirə xanıma, atası Nəcəf kişiyə və əzizlərinə səbr versin!

Ruhu qarşısında baş əyirik!

08:01

***

Bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Ziyarət bir saata yaxın davam edib.

Ziyarətdən sonra “QRES” qəsəbəsindəki “Əsgər” şadlıq sarayında Şəhidin anım mərasimi başlayıb və mərasim 4 saata yaxın davam edib.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilb, çıxışlar, Şəhidlərə həsr olunmuş mahnılar, İlhailər ifa edilib.

Həmçinin, Şəhidin və cəmi Şəhidlərin ruhlarına dualar edilib.

16:00

***

Hazırda, bu anlarda Anım Günü olan Ruslangildəyəm, Ruslanın ailəsinin yaşadığı evdə, mənzildəyəm.

Bəzi səbəblərdən Anım mərasiminə yetişə bilmədim, çox təəssüf etdim…

Amma Şəhidin ailəsinə – valideynlərinə-anası Tahirə xanıma, atası Nəcəf kişiyə, bacısı Günay xanıma və digər əzizlərinə baş çəkməyi, onlara başsağlığı verməyi özümə borc bildim…

Şəhidimizin ailə üzvlərinə, yaxınlarına başsağlığı verərək, onlara Allahdan səbr dilədim, “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun. Ruhu və Sizlərin qarşısında baş əyirəm!”-dedim…

Şəhidimiz ailənin iki övladından biri, evin tək oğlu olub…

Ruslangilin yaşadığı mənzil çox darısqal, şəraitsiz olub, bu gün də belədir…

Ruslan özü də otaq kimi düzəldilmiş dəhlizdə yaşayıb, orada yatıb, orada durub, orada arzular, xəyallar qurub… Və İkinci Vətən Müharibə başlayana kimi…

Ancaq şəraitsiz, darısqal…mənzildə böyüməsi Onun Vətənə, Torpağa olan sevgisini qəti şəkildə azaltmayıb, əksinə, ürəyi daim Vətən, Qarabağ eşqilə döyünüb…

Vətənə bağlılığı, Torpaq sevgisi o qədər güclü olub ki, Qarabağı valideynlərindən üstün tutub və arxaya baxmadan İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Və oktyabr ayında qanla suvarılan, qanla alınan Suqovşanda Şəhidlik məqamına ucalıb…

Lakin qeyd etdiyim kimi, nəşi uzun müddət əldə edilməyib, yalnız noyabr ayında nəşi tapılıb və Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb...

Bəli, məhz Ruslan kimi darısqal, şəraitsiz evlərdə…yaşayan, böyüyən Oğullar Qarabağı aza edə, bizlərə Zəfər, Qələbə qazandıra bilərdi…Və onlar da Qarabağ azad etdilər, bizlərə Qələbə, Zəfər yaşatdılar…

Qələbə və Zəfərimizə görə, məhz Ruslana və Ruslanlara borcluyuq…

Onlara olan borcumuz bir ömür boyu bitməz və bitməyəcək…

Daim onlara borclu və minnətdar olacağıq, olmayıq!

Fəxrimiz, Qürurumuzdurlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 1889 yeni yoluxma-DAHA 25 ÖLÜM…

Read Next

Ailənin 3 övladından biri, subay, 3 medallı Şəhid-ELVİN ABASOVUN ANIM MƏRASİMİ…- FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir