Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün daha bir Şəhid ailəsinin şad, gözəl günüdür…
Əslən Ağdamlı, özü isə Mingəçevirli olan 16 noyabr 2021-ci il Şəhidi Elmin Samir oğlu Əlizadənin tək və kollec təhsilli bacısı Aysu xanımın, Aysu Əlizadənin nişan məclisi keçirilib..
Ağdamlı oğlanla–İnayət bəylə nişanı olan Şəhid bacısının nişan məclisi 1 dekabr 2024-cü il tarixində, günorta saatlarında Mingəçevirdə yerləşən “Tural” şadlıq sarayında baş tutub…
Gənc cütlük öncə Elmin Əlizadənin Mingəçevir Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, Şəhidin məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar ediblər…
Sonra isə “Tural” şadlıq sarayına üz tutublar…
Alqış və musiqi sədaları altında nişan mərasimi olan zala daxil olublar…
Məclisə səbəbkarların valideynləri, qohumlar, dost-tanışlar, Şəhid ailələri, Qazilər və digər şəxslər qatılıblar…



Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himinimiz səsləndirilib…
Çıxışlar, təbriklər başlayıb…
Yeni cütlüyün valideynlərinə, xüsusilə, Şəhid Elmin Əlizadənin anası Aynur xanım və atası Samir bəyə gözaydınlığı verilib, eyni zamanda, səbəbkarla xoşbəxtlik, bəxtəvərlik, səadət arzulanıb…
Çıxlşlardan sonra isə bir-birini əvəzləyən gözəl musiqilər, mahnılar səsləndirilib, rəqslər ifa edilib…
Gözəl bir gün və məclis yaşanıb…
Ən çox sevinən isə heç şübhəsiz ki, Şəhidin-Elminin ruhu olub…
Ruhu daim bacısına, yeni cütlüyə kömək olsun!
Amin!
16:28
***
FOTOLAR:






20:59
***










21:41
***











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





