Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Şəhidi, tək və subay oğul-RÜSTƏM MƏMMƏDOVUN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR

Mingəçevir şəhərinin (həm də Göyçay rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rüstəm İbrahim oğlu Məmmədovun Anım Günüdür.

Rüstəm Məmmədovun bu gün Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Etikxeber.az-ın xəbərinə görə, Rüstəm Məmmədov 1998-ci ilin avqustun 10-da dünyaya gəlib.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.

Bacısı hazırda ailəlidir, üç övlad anasıdır.

Atasını vaxtsız itirən Rüstəm orta məktəbi qurtardıqdan sonra Sumqayıtda hərbi xidmət keçib, Əsgərlikdən sonra isə müxtəlif yerlərdə çalışıb.

İkinci Vətən Müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən Ordu ilə, hərblə bağlayıb, MAXE kimi qulluğa başlayıb.

2020-ci ilin sentyabrın 27-dən isə döyüşlərə atılıb.

Qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə Şəhid olub.

Amma uzun müddət onun nəşini götürmək mümkün olmayıb.

Yalnız noyabrın 22-də nəşini əldə etmək mümkün olub və nəşi elə həmin gün Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”“Suqovuşanın azad olunmasına görə”“Cəsur döyüşçü” medalları  və bu ilin noyabr ayının 5-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Rüstəm Məmmədov həm də subay idi.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hüquqi sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı-AŞKARLANDI VƏ…

Read Next

Əliyev Miri Reqevi-QƏBUL ETDİ… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir