Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidləri-ORUC NƏCƏFLİ İLƏ FUAD XANKİŞİYEVİN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Bu gün həm də Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fuad Şöhrət oğlu Xankişiyev və Oruc Rövşən oğlu Nəcəflinin Anım Günüdür.

Fuad Xankişiyev və Oruc Nəcəflinin bu gün Əbədiyyətə uğurlanmasından üç il keçir.

Etikxeber.az xəbər verir ki, Oruc Nəfəli 1989-cu ilin 6 oktyabr tarixində Yevlax rayonunun Tanrıqulular kəndində dünyaya gəlib.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.

Atalarını illər öncə itiriblər.

1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb.

2007-2011-ci illərdə isə Mingəçevir Politexnik İnstitutunda “İnformatika və hesablama texnikası” ixtisası üzrə ali təhsil alıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub və Ağdərə istiqamətində, “Tülkü dərəsi” adlanan ərazidə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Oktyabrın 17-də Şəhid olsa da, bir müddət onun nəşini götürmək mümkün olmayıb.

Yalnız 19 gün sonra nəşi tapılıb və noyabr 6-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Oruc həm də ailəli olub.

Bir qızı Vətənə əmanət qalıb.

***

Fuad Xankişiyev isə 1996-cı ilin aprelin 12-də Mingəçevir şəhərində dünyaya gəlib.

Ailənin üç övladından biri, iki bacının tək qardaşı olub.

Bacıları ailəlidir.

İkinci Vətən Müharibəsi zamanı Füzulidən Daşlatı-Çanaqçıycan uzun döyüş yolu keçib.

Noyabrın 3-də ağır döyüşlərin birində qəhrəmancasına həlak olan Fuad Xankişiyev noyabrın 6-da Mingəçevirdə-Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra 5 medalla- “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Fuad subay olub.

Şəhidliyindən iki il sonra, 2022-ci ilin may ayının 27-də isə atası Şöhrət Xankişiyev dünyasını dəyişib.

Ruhları şad olsun!

Ruhları qarşısında baş əyirik!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İki hərbçi qardaşdan biri, qardaşı Qazi, özü isə Şəhid olan-BƏRDƏLİ ELŞƏN MEHBALIYEVİN BU GÜN ANIM GÜNÜDÜR…

Read Next

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir