Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Son iki gün ərzində daha bir Şəhid qardaşı dünyasını dəyişib.
Etikxeber.az xəbər verir ki, əslən Zaqatalalı, özü isə Mingəçevirli olan İkinci Vətən Müharibəsi Şəhidi Qəhrəman Fərman oğlu Nəsirovun qardaşı Rəsul Nəsirov vəfat edib.
Mərhumun gecə saatlarına yaxın vəfat etdiyi bildirilir.
Amma hələlik onun hansı səbəbdən vəfat etdiyi dəqiq bilinmir.
Mərhum ailənin beş oğlan övladından biri və hərbçi, Gizir olub.

Onu da qeyd edək ki, srağagün axşam saatlarında isə əslən Kəlbəcərli, Bərdəli olan İkinci Vətən Müharibəsi Şəhidi Bərhrəm Nizam oğu İlyasovun qardaşı Kənan İlyasov vaxtsız vəfat edib.
Onun intihar etdiyi qeyd olunur.
Allah rəhmət etsin!
01:40
***
Əldə etdiyimiz son məlumata görə, 5 fevral 2003-cü il təvəllüdlü, 23 yaşlı və subay Şəhid qardaşı təxminən iki ay öncə avtoqəza nəticəsində ağır xəsarətlər alıbmış.

Bundan sonra onun səhhətində ciddi problemlər yaranıb və Müdafə Nazirliyinin Hərbi Hospitalında dünyasını dəyişib.
Mərhumun bu gün dəfn olunacağı gözlənilir.
Etikxeber.az





