Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Goranboylu olan Mingəçevirli Şəhid qardaşlardan İslam İlqar oğlu Əhmədovun doğum günüdür.
İslam Əhmədovun sabah yubiley-30 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, İslam Əhmədov 1994-cü ilin sentyabr ayının 19-da dünyaya gəlib.
Ailədə iki övlad, iki qardaş olublar.
İllər öncə atalarını itiriblər.
Anaları Sevinc Əhmədova onlara həm analıq, həm də atalıq edib.
Ali təhsilli qardaşı Əli Əhmədov da İkinci Vətən Müharibəsi Şəhididir.
Hər iki qardaş-İslam Əhmədov da, Əli Əhmədov da həyatlarını Ordu, hərb ilə bağlayıblar.
Hər ikisi də İkinci Vətən Müharibəsinin ilk günündə, 27 sentyabr tarixində ayrı-ayrı saatlarda və başqa-başqa yerlərdə Şəhid olublar.
Hər ikisinin də nəşi eyni gündə-28 sentyabr tarixində Mingəçevir Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Hər ikisi də medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
Hazırda Mingəçevir şəhərinin “Günəşli” yaşayış məhəlləsində adlarını daşıyan küçə var.
İslam subay, Əli isə nişanlı olub.
Anaları Sevinc Əhmədova hazırda tək-tənha yaşayır.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah səhər saatlarında İslam Əhmədovun, eləcə də qardaşı Əli Əhmədovun Mingəçevir Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunacaq, məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar olunacaq, “Quran” oxunacaq.
Sonra İslam Əhmədovun Cənnətdəki dördüncü doğum günü ilə anasının yaşadığı evdə adına ehsan süfrəsi açılacaq, bir daha ruhuna dualar olunacaq, tort kəsiləcək.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 30 yaşı mübarək, ruhu şad olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az