Mingəçevirli Şəhid qardaşlardan Musa Həsənovun-BU GÜN ANIM GÜNÜDÜR…

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan olan Musa Tapdıq oğlu Həsənovun Anım Günüdür.

Onun Əbədiyyə uğurlanmasından üç il ötür.

Etikxeber.az xəbər verir ki, ata tərəfdən Ağdamlı, ana tərəfdən isə Goranboylu olan Musa Həsənov 1995-cı ilin noyabrın 24-də Mingəçevirdə sadə bir ailədə-Nəhayət və Tapdıq Həsənovların ailəsində dünyaya gəlib.

Ailədə iki övlad, iki qardaş olublar.

Ataları-Ağdamın Çəmənli kəndindən olan Tapdıq Həsənov bir neçə ay öncə dünyasını dəyişib.

Musa orta məktəbi qurtardıqdan sonra hərbi xidmətə, Əsgərliyə yolanıb.

Əsgərliyini bitirdikdən sonra evinə, ailəsinə dönüb, müxtəlif yerlərdə çalışıb.

İkinci Vətən Müharibəsi başlayan gündən də tək qardaşı Tural Həsənovla döyüşlərdə olub.

Musa müharibənin ilk günlərində Şəhid olsa da, uzun müddət onun nəşini əldə etmək mümkün olmayıb.

Nəşi Şəhidliyindən 35 gün sonra, 2020-ci ilin 5 noyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qardaşı Tural Həsənov da İkinci Vətən Müharibəsi zamanı Şəhid olub, onun nəşi 68 gündən sonra ailəsinə təhvil verilib və dekabr ayının 9-da Əbədiyyətə uğurlanıb.

Hər iki qardaş ailəli, iki övlad atası olub.

Şəhidliyindən 6 ay sonra isə qız övladlarından biri – bir yaşlı İnci də xəstəlikdən vəfat edib.

Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Eyni zamanda, Mingəçevirdəki “Günəşli” yaşayış massivində hər iki qardaşını adını daşıyan-Tural və Musa qardaşları küçəsi var.

Ruhu, ruhları şad olsun!

Ruhu, ruhları qarşısında baş əyirik!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin dörd övladından biri-AĞCABƏDİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ NURLAN QULİYEVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Read Next

CXP-də Kamal Kılıçdaroğlu “era”sı bitdi-İMAMOĞLU DƏSTƏKLİ ÖZGÜR ÖZEL DÖNƏMİ BAŞLADI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir