Mingəçevirli Şəhid qardaşlardan Musa Həsənovun Cənnətdəki ikinci ad günü: BU GÜN ONUN 26 YAŞI TAMAM OLDU, MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri olan Musa Tapdıq oğlu Həsənovun ad günüdür.

Onun 26 yaşı tamam olur və bu, Musa Həsənovun Cənnətdəki ikinci ad günüdür.

Etikxeber.az xəbər verir ki, Musa Həsənov 1995-cı ilin noyabrın 24-də Mingəçevirdə sadə bir ailədə-Nəhayət və Tapdıq Həsənovların ailəsində dünyaya gəlib.

O, ata tərəfdən Ağdamlı, ana tərəfdən Goranboylu olub.

Musa orta məktəbi qurtardıqdan sonra hərbi xidmətə, Əsgərliyə yolanıb.

Əsgərliyini bitirdikdən sonra evinə, ailəsinə dönüb, müxtəlif yerlərdə çalışıb.

İkinci Vətən Müharibəsi başlayan gündən də tək qardaşı Tural Həsənovla döyüşlərdə olub.

Musa müharibənin ilk günlərində Şəhid olsa da, uzun müddət onun nəşini əldə etmək mümkün olmayıb.

Nəşi Şəhidliyindən 35 gün sonra Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qardaşı Tural Həsənov da İkinci Vətən Müharibəsi zamanı Şəhid olub, onun nəşi 68 gündən sonra ailəsinə təhvil verilib və dekabr ayının 9-da Əbədiyyətə uğurlanıb.

Hər iki qardaş ailəli, iki övlad atası olub.

Şəhidliyindən 6 ay sonra isə qız övladlarından biri – bir yaşlı İnci də xəstəlikdən vəfat edib.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

***

Cənnətdəki ad günü, mövludu ilə bağlı bu gün səhər saatlarında Mingəçevir Şəhidlər Xiyabanında Musa Həsənovun, həmçinin, qardaşı Tural Həsənovun məzarları ziyarət olunacaq.

Məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar oxunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Qazilər, Mingəçevirdən olan Şəhid ailələri iştirak edəcəklər.

Bir saatlıq ziyarətdən sonra mövludu ilə bağlı şəhərin “Qala” restoranında mərasim keçiriləcək.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət himni səsləndiriləcək, çıxışlar olunacaq.

Mərasim 3 saata yaxın davam edəcək.

Məkanı cənnətlik olsun, Nur içində yatsın!

Allah ailəsinə, əzizlərinə səbr versin!

00:00

***

Bu gün səhər saatlarında həm Musa, həm də Tural Həsənovların məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar edilib.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Mingəçevirli Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri iştirak ediblər.

Bir saata yaxın davam edən ziyarətdən sonra “Qala” restoranında Şəhidin mövludu ilə bağlı mərasim başlayıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Şəhidin ruhuna bir daha dualar oxunub, ehsan süfrəsi açılıb.

12:25

FOTOLAR:

MƏZARDAN BOYLANAN NUR ÜZLÜ ŞƏHİDİMİZ…

ANA, ANALAR YANAR AĞLAR…

MÖVLUD MƏRASİMİ…

ŞƏHİD ANALARI, ŞƏHİD ATALARI, ŞƏHİD XANIMLARI…QƏHRƏMAN ANALAR, QƏHRƏMAN ATALAR, QƏHRƏMAN XANIMLAR…

12:30

***

13:10

***

DƏRDLİ VƏ QÜRURLU ANALAR…

17:10

***

QARŞISINDA BAŞ ƏYİLƏCƏKLƏRİMİZ, BAŞ ƏYİLƏNLƏRİMİZ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Rusiya Baş nazirinin müavinini-QƏBUL ETDİ – FOTO

Read Next

Daha 1924 yeni yoluxma-DAHA 23 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir