Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına giriş-çıxış-DAYANDIRILIR…

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Etikxeber.az-a daxil olan məlumatda bildirilir ki, hazırda dünya ölkələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, bugünədək dünyada 42 milyondan çox şəxs COVID-19 infeksiyasına yoluxmuş, 1 milyondan çox insan isə bu xəstəlikdən vəfat edib.

Son həftələrdə bir çox ölkələrdə, ö cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma halları qeydə alındığından karantin qaydaları yenidən sərtləşdirilir. 

Ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları və Mingəçevir şəhərində yüksək yoluxma faktları aşkar olunub.

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə  operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır. 

Eyni zamanda Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax və Zaqatala rayonlarında aşağıdakı tarixlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılır: 

-24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək
-31 oktyabr saat 00-dan 2 noyabr saat 06:00-dək

Vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizə sahəsində mövcud karantin tələblərinə riayət etməyə, eləcə də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırırıq.

Read Previous

“Böyük qələbəyə çox az qalır…30 ilə yaxındır gözlədiyimiz o möhtəşəm tarix yetişib artıq…”-ANAR MƏMMƏDOV – ALİ BAŞ KOMANDAN NÖVBƏTİ QƏLƏBƏ XƏBƏRİNİ VERDİ

Read Next

“Dünən daha 20, bu gün daha 13 kənd…İki cəbhə-birində Qələbə, Zəfər, birində…”-ELDƏNİZ SƏLİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir